"Qırmızı Ürəklər"in dəstəyi ilə bu rayonlarda “Vətən Bağı” salındı
Yusif Sultanoğlu
07:21 06.12.2023
Cəmiyyət
563
Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Budəfəki ağacəkmə aksiyası PAŞA Holding-in dəstəyi ilə Qazax rayonunda, Kapital Bank-ın dəstəyi ilə Şabran rayonunda həyata keçirildi. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutdu. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür etdilər.
Qeyd edək ki, “Vətən Bağı” əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində Vətən Bağı-nın sayı 28-ə çatdı. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir.
“Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm