Qızı götürüb qaçdılar!
Yusif Nəzərli
13:41 22.12.2021
Cəmiyyət
720
Bu günlərdə Azərbaycanda 2 qız qaçırma hadisəsi qeydə alınıb.“Sherg.az” xəbər verir ki, birinci hadisə Yevlaxda baş verib. Elçin Musayev adlı şəxs 13 yaşlı qardaşı qızını qaçırıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.
Digər qaçırılma hadisəsi isə Ağdamda yaşanıb. İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib. Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.
Bu hadisələrin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Çıxış yolu olaraq nə etməliyik ? Cəzalandırma, yoxsa maarifləndirmə?
Suallarımızı cavablandıran sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, belə problemlərin çoxalmasının səbəbi məsələlərə birtərəfli yanaşmağımızdır:
“Bizdə cəmiyyət elə vəziyyətdədir ki, təkcə maarifləndirmə və cəzalandırma ilə bunun qarşısını almaq olmaz. Təbii ki, bu insanlar arasında cəzalandırma aparılmalıdır. Amma biz yalnız hüquq-mühafizə orqanlarının üzərinə də düşə bilmərik.
Cəmiyyət olduqca həssaslaşıb və mürəkkəbləşib. Hüquq-mühafizə orqanları ilə yanaşı, başqa ictimai təşkilatlar və təhsil müəssisələri bu işlə məşğul olmalıdır. Bu səbəbdən kompleks işlər görülməlidir”.
Sosioloq bu sahədə təhsilin önəmindən də danışıb:
“Bu məsələ ətrafında geniş maarifləndirmə işləri də olmalıdır. Yalnız biri ilə cəmiyyətimizdə bir nəticə olmur. Biz çalışmalıyıq ki, bu hadisələrin elmi səbəblərini araşdıraq və həmin insanların sosial psixoloji portretlərini hazırlayaq. Təhsil sistemində bu barədə böyük işlər aparılmalıdır. Çünki təhsil sistemi elə bir vəziyyətdədir ki, orada lazımi səviyyədə təlim-tərbiyə həyata keçirilmir. Şagirdlər lazımı səviyyədə həyata hazırlanmır”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət