Qızıl Xaç vasitəçi vəzifəsini icra edir
Yusif Sultanoğlu
08:57 04.12.2020
Cəmiyyət
589
Əsirlərin azad edilməsi birbaşa münaqişə tərəflərinin səlahiyyətinə aiddir
Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixində imzalanan bəyannamənin şərtlərindən biri də girovlar haqqındadır. Girov və əsirlərin geri qaytarılması gündəmdə olan əsas məsələlərdən biridir.
Hazırda itkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir. Yenə də məsələ sual doğurur. Görəsən, əsir düşən həmvətənlərimiz nə vaxt qaytarılacaq?
Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova girovlarımızın vətənə qaytarılmasının hansı formada mümkün olacağı barədə “Şərq”ə danışıb.
O, girovların geri qaytarılması haqqında qərar qəbul edilməsinin BQXK-nin səlahiyyətlərinə daxil olmadığını söyləyib: “BQXK saxlanılan şəxslərə baş çəkir. Girovların hansı şəraitdə saxlanıldığını, onlarla rəftarı müşahidə edir.
Həmçinin həmin şəxslərə ailələri ilə əlaqə üçün imkan yaradır. Amma əsirlərin azad edilməsi məsələsi BQXK-nin səlahiyyətində deyil. Bu barədə qərar verən əsirləri saxlayan tərəfdir.
Onların qaytarılması üçün münaqişə tərəfi saxlanılan şəxsi azad etmək barədə qərar verməlidir. Eyni zamanda girov qayıtmaq istəyini bildirməlidir. Bununla yanaşı əsirin vətəndaşı olduğu ölkə onun qayıtmasına razılıq verməlidir.
Beynəlxalq Qızıl Xaç Komitəsi də bu əməliyyatın həyata keçirilməsində vasitəçi vəzifəsini icra edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət