QMİ-dən bayram namazı ilə bağlı açıqlama: Məscidlərdə...
09:22 23.05.2020
Cəmiyyət
623
Qafqaz Müsəlmanları İdarəsi ilə Şamaxı Astrofizika Rəsədxanasının Ramazanla bağlı təqviminə əsasən sabah Azərbaycanda bayram gününə təsadüf edir. Əgər bayramla bağlı qeyri-adi nələrsə baş verərsə onda xalqa məlumat veriləcək.
Bunu APA -ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O bildirib ki, bu axşam axşamına, sabah isə bayram gününə təsadüf edir:
“Bayram günü oruc tutmaq haramdır. Əgər insan bilirsə ki, bayram günüdür o gün oruc tuta bilməz. Çünki istər Ramazan, istərsə də Qurban bayramında oruc tutmaq haramdır, qadağandır. Əgər şərait varsa, insanlar bayram namazına qatıla bilirlər, camaatla birgə namaz qılırlar. Əslində bayram namazları camaatla birgə qılınmalıdır. Buna şərait yoxdursa, insanın evində ailəsi ilə birgə iki rükət bayram namazı qılması savabdır. İnsan oruc halda bayram namazı qıla bilməz. Gərək orucunu açsın, daha sonra bayram namazını qılsın. Sübh namazından Zöhr namazına qədər olan müddətdə bayram namazı qılına bilər. Bayram axşamı çıxarılan Fitrəni də bildiyi, tanıdığı yoxsul insana verə bilər, bunun üçün ən gözəl vaxt Zöhr namazına qədər olan müddətdir”.
QMİ sədrinin müavini bildirib ki, bu gün ayın görünmə imkanları əldə olunur: “Ola bilər ki, havanın təmizliyindən insanlar ayı gözlə bilməsinlər, bunu illərdir bilirik. Bu axşam Şam namazına qədər, yəni Əsr namazı vaxtında, gün batana qədər artıq Fitrə çıxılmalıdır. Fitrə çıxarmaq vacibdir, ailənin hər bir üzvü üçün Fitrə çıxılır. Amma ev üçün, maşın üçün Fitrə çıxarılmaz. İnsan mal-mülkünə görə zəkat verə bilər, amma Fitrə çıxılmamalıdır. Fitrənin miqdarı çox istifadə olunan 3 kq ərzağın qiymətinə bərabər olmalıdır. Məsələn 3 kq buğda, 3 kq un 3 kq düyü və s. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və Qazılar Şurası hər zaman məsləhət görür ki, insanlar minimum 5, maksimum 10 manat Fitrə zəkatı çıxsın. Kimin imkanı var bir az artıq çıxsın, kimin imkanı zəifdir, bir az az çıxsın. Bu savabdır, körpə uşaqlar üçün də, ailədə oruc tutmayanlar üçün də Fitrə çıxılmalıdır. Yəni evdə nə qədər adam varsa, tutaq ki, qonşu qonaq gəlibsə, kənar adamlar varsa onun üçün də çıxılır. Kimsə əsgərlikdədir, səfərdədir, evdə deyilsə onun üçün Fitrə çıxılmaya bilər. Həmin Fitrə bayram günü Zöhr namazına qədər imkansız şəxslərə verilməlidir”.
F.Nurullayev deyib ki, hazırda koronavirus infeksiyasının yayılması davam edir və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, insanlar kütləviolaraq bir yerə yığışa bilməz:
“Biz də bu qərara hörmət edirik. Virusun yayılmaması üçün, insanların yoluxmaması üçün əlimizdən gələni etməliyik. Məscidlərdə insanların bir yerə yığılması da təhlükə yarada bilər. Bunun qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və Qazılar Şurası qərar verib ki, məscidlərdə müvəqqəti olaraq məscidlərdə cümə, camaat, bayram namazları təxirə salınsın. Karantin rejimi davam edir. Ona görə də insanlar bayram namazlarını öz evlərində fərdi olaraq qıla bilərlər. Qismət olaraq gələn il yenidən bayram namazlarını məscidlərdə camaatla birgə qılarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya