QMİ sədrinin müavini: "Məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır"
Yusif Nəzərli
09:12 13.12.2022
Cəmiyyət
529
"Radikalizmə yol açan bir neçə əsas məqam var. Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir. Çünki bu, dini maarrifləndirmədir və bununla cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
İkinci səbəbdən danışan QMİ sədrinin müavini bildirib ki, cəmiyyətdəki sosial ədalətsizlik də radikal meyillərə yol açır: "Üçüncüsü psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyindən bu problemin həlli yolunda QMİ ilə də məsləhətləşmələrə, müzakirə və təkliflərə açıq olmalarını xahiş edirəm".
"Ümumiyyətlə, Allah xofu formalaşmayan insanda etiqad hissi ola bilməz. Bəzi adamlar filan qız məni atdı vəssalam, intiharı çıxış yolu kimi görür. Niyə? Çünki onun ürəyində və beynində Allah xofu yoxdur, formalaşmayıb. Allah yadına düşmür. Ailəni nə vəziyyətə salacağı yadına düşmür və s. Dördüncüsü, bəli radikalizmi yaradan səbəblər içində dini səbəblər də olur. Amma bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında hansısa təxribat qrupunun şüarı kimi qeyd etməliyik. Dini radikalizm ifadəsi doğru deyil. Biz əgər radikal olsaq, multikultiral cəmiyyətimizdə məhsəblərarası radikallıq da olmalıdır. Varmı? Yoxdur", - Q.Cavadlı əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi