Rais Rəsulzadə “Şirməmməd Hüseynov mükafatı”nın yeni qalibi olub
10:38 06.12.2023
Cəmiyyət
745
2023-cü il “Şirməmməd Hüseynov mükafatı”nın qalibi artıq məlumdur.
Bu barədə "Sherg.az"a Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.
O, qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2023-cü ildəki qalibi Azərbaycanın tanınmış rəssamı, Əməkdar rəssam, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.
A.Hüseynli deyib ki, R.Rəsulzadənin əsərləri Kuba, Polşa, ABŞ və başqa ölkələrdə nümayiş etdirilib. Bakı, Moskva və İstanbulda rəssamın fərdi sərgisi açılıb. Keçmiş sovet respublikaları, eləcə də ölkə mətbuatında onun əsərləri barədə elmi-publisistik məqalələr dərc olunub. Ümumilikdə Rais Rəsulzadə 800-ə yaxın sənət əsərinin müəllifidir. Hazırda Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edir: “Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”.
Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib. 2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev olub.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi