REAKSİYA:“Beş mərtəbəli binanın altıncı mərtəbəsi tikilməsin"
Yusif Nəzərli
09:39 15.12.2022
Cəmiyyət
416
“Yenə madiyyat uğuruna bir gənc qurban verildi”
“Daman tavanı düzəltməsən yerə yağan yağmuru, çamuru təmizləməyin mənası yoxdur. Yenə yağacaq”
"Qızı anası açıq şəkildə bəyan edib ki, qocaya gedən yumruq yeyər, lakin videoya diqqətlə baxanda ərə gedən qızın sanki atdığı addımın fərqində olmamasını, hələ kamil düşünə bilmədiyini görmək olar ".
Bu sözləri "Sherg.az"a tanınmış jurnalist İlhamə Rəsulova Azərbaycanda 17 yaşlı qızın 50 yaşlı kişi ilə ailə həyatı qurmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə gör, cəmiyyətdə baş verən bu hadisələri gözardı etmək olmaz:
"Cəmiyyətdə baş verən maraqlı mövzuların işıqlandırılmasını onların qəhrəmanlarının tanınmış şəxslər olub-olmaması ilə əlaqələndirmək düzgün deyil. Əlbəttə, insanların evlənmələrinə hansısa yaş limiti qoyulmayıb. Əsrin əvvəllərində yaşlı kişilərin gənc xanımla evlənmələri adi hal idi. Buna səbəb olaraq da çox zaman pul əsas gətirilirdi. İndiki hadisədə də dəyişən bir şey yoxdur. Yenə madiyyat uğuruna bir gənc qurban verildi. Qızı anlayıram, onunla evlənən bəyi anlamıram. Söhbət yaş fərqində deyil, düşüncə fərqindədir. Bu iki yaş arasındakı böyük uçurum özünü göstərəcək. Arzu edək ki, beşinci dəfə evlənən bəy yenə fikrindən vaz keçməsin, beş mərtəbəli yarımçıq evin altıncı mərtəbəsi də tikilməsin ".
İ.Rəsulova qeyd edib ki, sosial şəbəkələrdə məsələnin yayılması şəxsi həyata müdaxilədir:
“Yazını fərqli formatda vermək olardı. Evlənən cütlüyün adını çəkməmək, şəkillərini yaymamaq şərtilə mövqe bildirmək mümkün idi. Bu kimi halları yaradan səbəbi müəyyən edib aradan qaldırmaq lazımdır. Bax, əsas bu məsələyə diqqət çəkilməlidir.
Gənc oğlanlar evsizlik, işsizlik səbəbilə evlənə bilməyib, imkanı olan şəxs də tum çırtlayan kimi ailə pozur, ailə qurursa, bu bizim yaralı yerimizdir. Daman tavanı düzəltməsən yerə yağan yağmuru, çamuru təmizləməyin mənası yoxdur. Yenə yağacaq. Sosial problemlər sadə insanların həyatını mürəkkəbləşdirib, öz burulğanında boğursa, deməli düz işləməyən qurumlar , göz yumulan böyük xətalar var”.
Qeyd edək ki, Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişi ilə evlənib.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisə Gədəbəy rayonunda baş verib. Məlumata görə, bu, Elfaq adlı 50 yaşlı bəyin beşinci evliliyidir.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi