RİİB, TƏBİB və UNICEF – dən mühüm addım: Müharibədən zərər çəkənlərə dəstək...
14:04 18.12.2020
Cəmiyyət
422
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirilir.
“Sherg.az”xəbər verir ki, rayonlara ezam olunmuş pediatr, uşaq psixiatrı, nevroloq və psixoloqlar iki ay davam edəcək layihəyə cəlb edilən şəxslərin müayinə və müalicəsini aparır, uşaqların rahat və təhlükəsiz şəraitdə yetişməsi, şəxsiyyət kimi formalaşması üçün inkişafetdirici oyunlar, müxtəlif fəaliyyətlər təşkil edirlər.
Eləcə də gənc analara uşaqların təlim-tərbiyəsi, ana südü ilə qidalandırılmasının əhəmiyyəti, uşaqlar və valideynlər arasında emosional bağlılığın təşviqi və digər istiqamətlərdə məsləhətlər verilir.
RİİB könüllüləri sakinlərin layihəyə cəlb olunması və qeydiyyatı, layihənin icrası zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət, həmçinin maarifləndirmə işləri həyata keçirirlər.
Qeyd edək ki, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin layihənin icra vəziyyəti ilə yerində tanış olmaq üçün Ağcabədi və Ağdam rayonlarında olub və rayon icra hakimiyyəti nümayəndələri, həkimlər, pasiyentlər, RİİB könüllüləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol