Ruhi xəstələrə evlənmək qadağan olunmur
Yusif Nəzərli
20:22 08.06.2022
Cəmiyyət
831
Sadəcə, belə şəxslərlə evli olanlar onlardakı davranış dəyişikliyini müşahidə etməlidir
Azad İsazadə: "Yuxu pozuntusu yaranıbsa, demək, artıq sinirlər oyanmağa doğru gedir. Bu zaman xəstənin yoldaşı, övladı dərmanlarına nəzarət etməli və mütləq psixiatrını məlumatlandırmalıdır"
Ruhi xəstə nə zaman nə edəcəyini heç özü də bilmir. Bu səbəbdən ruhi xəstələrin nə dərəcədə ciddi cinayətlər törətdikləri barədə xəbərlərə tez-tez rast gəlirik. Bu zaman da ruhi xəstələrlə bir evdə yaşayan insanların təhlükəsizliyi cəmiyyətdə müzakirə mövzusuna çevrilir.
Qeyd edək ki, bu xəstəlikdən əziyyət çəkən insanların törətdikləri cinayətlərə qarşı ittiham irəli sürülsə də, ruhi xəstə olması versiyası dəqiqləşdirilir, ancaq bundan sonra onun hansı cəza alacağı məlum olur. Ekspertiza əgər həmin şəxsin hadisəni törədərkən psixi gərginlik keçirməsini sübuta yetirərsə, o, müalicəyə yönəldilir.
Ruhi xəstənin törətdiyi növbəti cinayət faktı Xızı rayonunda qeydə alınıb. Rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib. Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Psixoloq Azad İsazadənin “Şərq”ə açıqlamasına görə, ruhi xəstəliyi olan şəxslər daim psixiatr nəzarəti altında olmalıdır. Xəstəxanada müalicə olunan şəxslər xəstəxanadan çıxdıqdan sonra da dispanser nəzarətdə qalmalıdır:
"Əvvəllər xəstəxanadan evə yazılan şəxslər ayda iki dəfə xəstəxanaya gələrək psixiatr qəbulunda olmalı idi. Özü gəlməyən xəstələrin evinə həkim göndərilirdi. Sonralar isə bu müddət ayda bir, altı ayda, ildə bir dəfə olmaqla uzadılırdı. O vaxtlar rayonlararası dispanserlərdə işləyən psixiatrlar qeydiyyatda olan xəstələri daimi nəzarətdə saxlayır. Lazım gəlsə evlərinə gedib pulsuz dərmanlar verirdilər. İndi bilmirəm bu sahədə vəziyyət necədir”.
A.İsazadənin sözlərinə görə, bu cür şəxslər üçün evlənmək qadağa deyil. Sadəcə, ruhi xəstələrlə evli olan insanlar onlardakı davranış dəyişikliyini müşahidə etməlidir:
“Burada ani vəziyyətdə əsəbiləşməkdən, qadının kişiyə cavab qaytarmasından getmir söhbət.
Yuxu pozuntusu yaranıbsa, demək, artıq sinirlər oyanmağa doğru gedir. Bu zaman xəstənin yoldaşı, övladı dərmanlarına nəzarət etməli və mütləq psixiatrını məlumatlandırmalıdır. Bu cür xəstələrin davranış dəyişikliyi də fərdidir. Kimisi depressiyaya düşür, bütün gün yatmaq istəyir. Kimisi isə hər şeyə aqressiv reaksiya verir, gecələr yata bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm