Türkiyənin Əskişəhər şəhərində təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi şəhid olub.
Sherg.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, şəhid olan hərbçilər polkovnik Mehmet Çöl, baş leytenant Halil Karabulut, baş gizir Volkan Demirhan, baş gizir Muhammed Nurullah Erarslan və kiçik çavuş Mehmet Alp Gürdağdır.
Qəza Əskişəhərin Tepebaşı rayonunda baş verib. Helikopterin qalıqları araşdırma aparılması üçün mühafizəyə götürülüb.
Şəhid hərbçilərin nəşləri tibbi ekspertiza prosedurlarının tamamlanması üçün Ankaraya aparılıb. Onlarla bağlı vida mərasiminin Əskişəhərdə keçirilməsi, daha sonra nəşlərinin doğulduqları bölgələrə göndərilməsi planlaşdırılır.