Son xəbərlər

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür

Bu gün iki ölkənin münasibətlərində növbəti tarixi gündür.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün həmkarı ilə strateji əməkdaşlığa dair birgə bəyanat imzalayıb.

“Bu, çox detallı sənəddir”, - nazir qeyd edib.

Nazir əlavə edib ki, iki ölkə arasında 45 sənəd qüvvədədir, 7 sənəd üzrə isə iş gedir: “Yaxın günlərdə onların da tamamlanmasının şahidi olacağıq”.