Bundesliqa nəhənglərindən "Bavariya” Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Yunus Ebnutalibi heyətinə qatmaqda maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen təmsilçisinin müşahidə şurası qış transfer pəncərəsində yeni futbolçu almamaq qərarına gəlsə də, Harri Keynin zədələnməsi klubun planlarını dəyişməsinə səbəb olub.
Hazırda “Bavariya” daxilində 23 yaşlı hücumçunun transferi müzakirə olunur. Bununla belə, hələlik konkret addım atılmayıb. Almaniya millisinin üzvünün təxminən 35 milyon avro dəyərində olduğu bildirilir.
Qeyd edək ki, Yunus Ebnutalib cari mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Dortmund “Borussiya”sı da futbolçu ilə maraqlanır.