Rüşvət almaqda təqsirləndirilən 3 vəzifəli şəxs həbs edilib
Rüşvət almaqda təqsirləndirilən 3 vəzifəli şəxs həbs edilib
Yusif Nəzərli
13:11 16.08.2023
Cəmiyyət
286
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Xəbərə görə, DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.
Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm