Saakaşvilinin Putin haqqında fikirlərinə SÖZARDI...- “Onun üçün adam öldürmək çox asandır”
Banuçiçək Kalbalıyeva
12:55 01.07.2020
Cəmiyyət
849
“Rusiyanın dövlət başçısı rusizm siyasətinin davamçısıdır”
“O, öz məqsədinin reallaşması, imperiya qurmaq uğrunda hər şey edə bilər”
Gürcüstan prezidenti Mixail Saakaşvili bir müddət əvvəl Rusiya televiziyalarından birinə müsahibə verib. O, müsahibəsində Rusiya prezidenti Vladimir Putinin şəxsiyyəti haqqından danışıb. Bildirib ki, Putin olduqca təhlükəli adamdır. Saakaşvilinin sözlərinə görə, rusiyalı həmkarı dəfələrlə onu və başqa dünya liderlərini, o cümlədən Fransanın keçmiş baş naziri Nikola Sarkozini ölümlə təhdid edib.
“MDB-in Minskdə keçirilən sammiti zamanı o, məni başqa bir otağa apardı. Ayrıca, qaranlıq bir otaq idi. Dırnaqlarını mənim dizimə keçirdi. Bax, belə. Və orada göz-gözə, mənim üzümə, məni müharibə ilə təhdid etdi”-deyə, Saakaşvili söyləyib.
Dünya ictimaiyyəti səslənən fikirləri birmənalı qarşılamayıb. Analitiklərin fikri də müxtəlifdir. Politoloq Natiq Miri isə “Sherg.az”a açıqlamasında bildirib ki, bu, təəccüblü deyil:
“Bilirsiniz ki, Putin təhlükəsizlik sisteminin bariz nümunəsidir. O, uzun illər “KQB”də çalışıb. Yəni Putin üçün adam öldürmək çox asandır. Çünki o, həm bunun yollarını bilir, həm də psixoloji cəhətdən hazırlıqlıdır”.
N.Mirinin sözlərinə görə, Putinin şəxsiyyəti onun siyasəti ilə üst-üstə düşür:
“Rusiyanın dövlət başçısı rusizm siyasətinin davamçısıdır. O, öz məqsədinin reallaşması, imperiya qurmaq uğrunda hər şey edə bilər. Görürük ki, Putin siyasətində siyasi təzyiqdən tutmuş hərbi aqressiyaya qədər bütün üsullardan istifadə edir. Yəni onun üçün mümkünsüz heç nə yoxdur. Əksinə, bir daha təkrar edirəm ki, hər şey edə bilər. Odur ki, Putin təkcə postsovet ölkələrindən ötrü yox, beynəlxalq aləm, xüsusilə ABŞ üçün təhlükəli adamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual