Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB + FOTO
Yusif Nəzərli
13:29 13.04.2023
Cəmiyyət
381
Şəki Şəhər İcra Hakimiyyətinin sabiq başçısının ölkədən çıxışına qadağa qoyula bilər.
“Qaynarinfo” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Murad Cabbarlının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə yüksək məbləğdə vergi borcu yaranıb.
Borc ödənilmədiyi üçün iş məhkəməyə göndərilib.
İşə aprel ayının 25-də Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq. Qərar verilərsə, Murad Cabbarlının ölkədən çıxışına “stop” qoyulacaq.
Qeyd edək ki, Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. O, 1992-1994-cü illərdə Moskva şəhərində “Soyuzvneştorq” istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə “Neftemaşimpeks” SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə “Texnotsentr-5” MMC-nin direktor müavini vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Bakı şəhərində “Şəms-R” elm-istehsalat şirkətində baş direktorun müavini, 2000-2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin 2002-2006-cı illərdə əvəzçilik qaydasında “Savalan” ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru vəzifəsində işləyib.
2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol