Sabir Rüstəmxanlı seçicilərlə canlı bağlantı qurdu
01:41 27.02.2021
Cəmiyyət
632
Çingiz Qənizadə: "Bəzən seçicilər elə şey tələb edir ki, bu, deputatın həll edə biləcəyi məsələ deyil"
Fevralın 26-da Neftçaladan seçilən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı feysbuk üzərindən canlı bağlantı vasitəsi ilə seçicilərlə görüşüb.
Ötən seçkilərdən bir il keçdiyini, bunun üçün də hesabat və görüşün vacib olduğunu vurğulayan S.Rüstəmxanlı vətəndaşlarla indiyə qədər 8 dəfə görüşdüyünü qeyd edib.
Canlı bağlantı zamanı seçicilər problemlərini yazıb, Sabir Rüstəmxanlı həmin məsələlərə bir-bir aydınlıq gətirib, həll yolunda köməklik edib.
Problemlər, əsasən, işsizlik, su və yol ilə bağlı olub.
Millət vəkili, həmçinin, qazi və şəhid ailələrinin problemlərinə də əsaslı diqqət yetirib.
Qeyd edək ki, millət vəkilinin bu addımı insanlar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edilən mövzu haqqında "Şərq"ə fikir bildirən eks-deputat Çingiz Qənizadə millət vəkilinin bu addımını çox müsbət qarşıladığını bildirdi:
"Bu gün dünyada hər şey inkişaf edir. Elm, texnika və s. Əgər insanlarla virtual əlaqə saxlamaq mümkündürsə, bu da təqdirəlayiq haldır.
Yəqin ki, Sabir müəllim indiki durumda, insanların çox toplaşmasının uyğun olmadığı bir dövrdə feysbuk üzərindən görüşə üstünlük verib. Bunu alqışlayıram. Eyni zamanda videogörüntü vasitəsilə seçicilərlə görüşən digər millət vəkilləri də var. Mən onların da addımlarını qiymətləndirirəm.
Hesab edirəm ki, deputatlar müxtəlif vasitələrdən istifadə etməklə seçicilərlə görüşməlidirlər. Onlarla daima təmasda olmalıdırlar.
Amma bəzən seçicilər elə şey tələb edir ki, bu, deputatın həll edə biləcəyi məsələ deyil. Millət vəkillərinin imkanı xaricindədir. Vətəndaşlar icra strukturları və digər qurumların üzərinə düşən məsələlərin həllini deputatlardan istəyirlər. Bu da başadüşüləndir. Düşünürəm ki, hər qurum öz üzərinə düşən vəzifəni normal icra etsə deputatlara olan belə tələblər də azalar.
Bugünkü reallıq bundan ibarətdir. İstər Sabir Rüstəmxanlı, istərsə də digərlərinin bu formatda seçicilərlə əlaqə saxlaması müsbət haldır və buna davam etmək lazımdır".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya