Şabranda RƏZALƏT: “Dəvəçiçayın sahili zibilliyə çevrilib” – BAXIMSIZLIQ !
Banuçiçək Kalbalıyeva
11:13 07.07.2020
Cəmiyyət
868
“İcra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?!”
“Problemlər yaxın müddətdə həllini tapmalı, bölgələrə kanalizasiya xəttləri çəkilməli, zibil qutuları qoyulmalıdır”
Şabran şəhərində sözün həqiqi mənasında rəzalət yaşanır. Dəvəçiçayın şəhərdən keçən hissəsi zibilliyə çevrilib. Aylardır çayın sahilindəki zibil yığışdırılmır. Nəticədə antisanitariya vəziyyəti yaranıb. Ətraf üfunət iyi verdiyini təxmin etmək çətin deyil. Acınacaqlısı həm də odur ki, bu çayın suyundan məişətlə yanaşı həyatyanı sahələrin sulanmasında da istifadə edilir. Zibili çayın ətrafından kimlərin və nə vaxt təmizləyəyini isə heç kim bilmir.
Sonra da koronavirusa yoluxanların sayının artdığından gileylənirik. Əlbəttə, artacaq. Hələ o tərəfə də keçəcək...
AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında bildirib ki, məsuliyyət səlahiyyətli şəxslərin boynundadır:
“Düzdür, son illər bu istiqamətdə müəyyən addımlar atılır. Amma yenə də paytaxtdan savayı, digər şəhər və rayonlarda kanalizasiya, zibil qutusu problemi var. Əlbəttə, zibili çayın sahilinə atmaq vətəndaşa da xoş deyil.
Amma başqa çarə qoymurlar. Maraqlıdır, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?! Günah vətəndaşda yox, həmin şəhər və ya rayona rəhbərlik edən şəxsdədir. Belə məsuliyyətsiz vəzifə sahibləri ekologiyanın çirklənməsinə, xəstəliklər yayılmasına görə məsuliyyət daşıyırlar.
Düşünürəm ki, bir müddət əvvəl icra hakimiyyəti orqanlarında aparılan islahatlar bu sistemdə çalışan digərləri üçün dərs olmalıdır. Hər halda belə problemlər yaxın müddətdə həllini tapmalı, bölgələrə kanalizasiya xəttləri çəkilməli, zibil qutuları qoyulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya