Şagirdlərin “qanlı pul” oyunu: Məktəblərdə baş alıb gedir
09:17 03.11.2023
Cəmiyyət
2059
Son zamanlar orta məktəb şagirdləri arasında “qanlı pul” adlı oyun populyarlaşıb. Türkiyədə bu oyun rəsmən qadağan edilsə də, məktəblərdə şagirdlər tənəffüsarası yenə də bu oyunu öz aralarında oynayırlar. Psixoloq və psixoterapevtlər oyunun təhlükəsi barədə ailələrə xəbərdarlıq edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyənin İzmir İqtisad Universitetinin “Medical Point” Xəstəxanasının psixoterapevti, həkim Aslıhan Eslek, oyunun təhlükələrindən danışıb. O qeyd edib ki, bu oyun özündə şiddət, işgəncə, təhdid elementləri daşıyır. Oyunun mahiyyəti budur ki, dəmir pulun kənarları itilənir, oyunçular onu əldə etməyə çalışır. Bu zaman da əl, barmaqlar qanayır. Pulu başqa oyunçunun əlindən almağa çalışan digər oyunçu bunu zor gücünə etmək məcburiyyətindədir.
Ona görə də oyun əsnasında oyunçular xəsarətlər alır, əlləri qanayır. Bu oyun özündə işgəncə, zor elementləri daşımaqla yanaşı, həm də müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Həkim vurğulayıb ki, məsələn, Hepatit virusu, HİV/QİÇS qanla keçən xəstəliklərdir. “Şagirdlərin hər hansı birində bu xəstəliklərin olduğunu söyləmək deyil məqsədimiz. Onları mümkün təhlükələrdən sığortalamaqdır” söyləyən A.Eslek valideynlərə müraciət edərək uşaqlara nəzarəti artırmalarını tövsiyə edib. Həkim qeyd edib ki, uşaqlar bu cür oyunları sosial şəbəkələr üzərindən öyrənir. Bu cür oyunlar yeniyetmə və gənclərdə şiddətə, zora meyli gücləndirə bilər. Uşaq bu və bənzər oyunlardan əl çəkmirsə, mütləq psixoloqa müraciət edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya