Sahil Babayev Gəncə terrorunda valideynlərini itirən Nilayla görüşüb
Yusif Nəzərli
09:45 11.10.2021
Cəmiyyət
327
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncədə erməni terroru nəticəsində şəhid olmuş azyaşlı Narının yaxınları və valideynləri şəhid olmuş azyaşlı Nilayla görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, nazir Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birgə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.
Ermənistanın 2020-ci il oktyabrın 11-də növbəti müharibə cinayəti törədərək, müharibə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binasını ağır artilleriya silahlarından atəşə tutmasından bir il ötür.
S.Babayev Ermənistanın insanlığa qarşı dəhşətli cinayəti olan həmin terror aktı nəticəsində dağılmış ərazidə olub. Qanlı erməni terroru zamanı şəhid olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, ərazidəki dağılmış yaşayış binasının ətrafına gül dəstələri qoyulub.
Nazir bir il əvvəl Gəncədə erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valdeyni, digər bir neçə qohumu şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək sosial vəziyyətləri ilə maraqlanıb. S.Babayev həmin ailələrin sosial müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, bundan sonra da onların yaşayışının diqqətdə saxlanacağını bildirib.
Vətən müharibəsindən sonra geniş miqyaslı sosial dəstək işləri erməni terrorundan zərər çəkən vətəndaşları da əhatə edir.
Postmüharibə dövrünə uyğun olaraq müvafiq qaydalarda dəyişiklik edilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni terroru nəticəsində həlak olmuş mülki şəxslərimizə də aid edilib. Bütün mülki şəhidlərimizin ailələrinin sosial müdafiəsi tədbirləri, şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərlə təminatı həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət