Səbrli olaq !- “O yerlər bizimdir, hamımız qayıdacığıq!”
11:23 02.12.2020
Cəmiyyət
553
Ermənistan terrorçuları Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə əl atıblar. Torpaqların işğaldan azad olunması sevinci ilə öz dədə-baba yurdlarına baş çəkmək istəyənlər minalanmış ərazilərdən keçməli olurlar. Bu isə onların həyatlarına birbaşa təhlükədir. Xadırladaq ki, noyabrın 28-də Füzulidə mülki şəxslərin olduğu “Toyota” markalı avtomobil tankəleyhinə minaya düşüb.
Nəticədə avtomobildə olan dörd nəfərin həlak olub. Bu da şübhəsiz ki, cəmiyyətdə narahatlığa yol açıb. Bəs analoji hadisələrin yaşanmaması üçün vətəndaşlarımızın üzərinə hansı vəzifələr düşür?
Sualımızı cavablandıran "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı vətəndaşlarımızı səbirli olmağa çağırıb:
"Bir az səbrli olmalıyıq. Onsuz da o yerlər bizimdir, hamımız ora qayıdacağıq. Orda yenidən şəhərsalma prosesi də başlanacaq. Bu ərazilərin, yolların minalardan təmizlənməsi üçün gözləməliyik.
Bu uzunmüddətli proses olsa da, Azərbaycan bunu qısa bir müddətdə həyata keçirəcək. Və vətəndaşlarımız güvənli şəkildə öz elinə, obasına yenidən qayıdacaq.
Mən insanlarımızın hislərini başa düşürəm: 30 ildir, ayrı qaldıqları evlərinə qayıtmaq istəyirlər. Onların təhlükəsizliyi üçün, bəlkə də, bəzi qadağalara ehtiyac ola bilər.
Vətəndaşlarımız öz təhlükəsizlikləri, sağlamlıqları üçün bu mərhələdə səbrli olmalıdırlar".
Aysel İbrahimova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə