Şəhid və qazi övladları travmalardan necə qorunmalı? - Psixoloq danışır
Yusif Sultanoğlu
13:15 21.12.2020
Cəmiyyət
1022
“Yaşlarına uyğun şəkildə həqiqəti izah etmək lazımdır”
“Atalarının ölümünü analarından eşitmələri məsləhətlidir. Çünki atası ölən uşaq güvən duyğusunu itirir”
“Uşağa imkan yardılmalıdır ki, atası haqqında, onun yoxluğundan sonra keçirdiyi hisslər, xoş xatirələrindən danışıb, paylaşa bilsin”
İkinci Qarabağ müharibəsindən sonra hər kəsi şəhidlərimizin ailələri və qazilərimiz maraqlandırır. Şübhəsiz ki, onlar üçün narahatıq. Xüsusilə də şəhidlərimizin gözü yaşlı övladlarını düşünürük. Yaşı çox olan balalar atalarının yoxluğunu dərk edir. Lakin azyaşlı cocuqlar anlamır, şəhidliyin nə olduğunu. Atalarının hara getdiyini bilmirlər. Elə analar da var ki, uşaqlarına atasının şəhid olduğunu deyə bilməyib. Hələ də işə gedib, deyə ovundururlar.
Bəs şəhid balalarının mövcud durumdan aldıqları travma necə aradan götürülə bilər?
Məlum məsələ ilə bağlı “Sherg.az”a danışan klinik psixoloq, “Narınc psixologiya mərkəzinin” rəhbəri Narınc Rüstəmova deyib ki, şəhid övladları üçün atalarının şəhadəti həm qürur, həm də ömür boyu daşıyacaqları boşluq hissidir:
“Bu dövrü ən minimal həddə psixi zədə almadan keçirmələri üçün yaxınlarının üzərinə məsuliyyət düşür. İlk növbədə uşaqlara bu mövzuda yalan söyləmək olmaz. Yaşlarına uyğun şəkildə həqiqəti izah etmək lazımdır.
Atalarının ölümünü analarından eşitmələri məsləhətlidir. Ana müəyyən səbəblərə görə həqiqəti deyə bilmirsə, uşağın sevdiyi, güvəndiyi bir şəxs ona acı xəbəri söyləməlidir. 2-4 yaş arasında uşaqlar ölümü keçici, geri dönə bilən bir vəziyyət kimi dərk edirlər. Ona görə həqiqəti söylədikdən sonra tez-tez “Atam niyə gəlmir?” sualını verə bilərlər. 4-7 yaş arasında uşaqlar ölümü anladıqları üçün çox və dərin sualları olur.
Bu yaşda ölümü qəbul etmək daha çətindir. Reaksiya kimi əsəb krizləri, aqressiv davranışlar, özünə qapanıqlıq, yuxu və iştaha pozuntuları müşahidə olunur. Həm də özünü günahlandırmağa və ya atasının yoxluğunda bir təqsirkar axtarmağa can atırlar. Ona görə də bu yaş dövrü uşaqlara vətən nədir, əsgər kimdir, müharibə nə üçün aparılır haqda sadə dillə ətraflı məlumat verilməlidir.
Həmçinin şəhidlik zirvəsinin müqəddəsliyini tez-tez vurğulamaq lazımdır. 7-10 yaş arası uşaqlar isə ölümü tam dərk edir, atalarının geri qayıtmayacağını anlayırlar. İlk vaxtlarda həqiqəti inkar etmə, davranış pozuntuları,məktəb-təhsil həyatında enmələr və sair kimi davranışlar göstərə bilirlər”.
Psixoloq, həmçinin uşaqda yaranan problemlərin aradan qaldırılması üçün tövsiyələrini də çatdırıb:
“İlk növbədə ən böyük dəstəkçi ana olmalıdır. Çünki atası ölən uşaq güvən duyğusunu itirir. Özünü təhlükədə hiss edir və sevdiklərini, xüsusilə də anasını itirmə qorxusu yaşayır.
Ana sağlam şəkildə övladının yanında dura bilsə, uşağın güvən problemi tez aradan qalxar.
Uşağa duyğularını ifadə edə bilməyi öyrətmək lazımdır. Ona icazə verilməli və şərait yaradılmalıdır. Atası haqqında, onun yoxluğundan sonra keçirdiyi hisslər, xoş xatirələrindən danışıb, paylaşa bilsin. Çox zaman ailələr uşağın yanında bu haqda danışmırlar.
O gələndə söhbəti dəyişir, göz yaşlarını gizlədirlər. Belə olduğu halda onların beynində müxtəlif suallar yaranır. Hamı atamı unudub, heç kim onu xatırlamır, artıq mən də hisslərimi gizlətməliyəm, ağlamamalıyam deyir. Bu da onun özünə qapanmasına, hamıdan uzaqlaşmasına gətirib, çıxarır.
Çünki daxildə basdırılan mənfi duyğular, mənfi enerji yaradır. Hansısa formada mütləq özünü büruzə verir. İlkin yas dönəmində uşağı mühitdən uzaqlaşdırmaq üçün harasa göndərməmək məsləhətlidir. Digər valideynini də itirmə qorxusu yaşayan uşaq üçün ikinci travma yarana bilər. Əgər ana travmanı ağır yaşayırsa, uşaqlarla maraqlana bilmirsə, bir qohumun gəlib, evlərində qalması, dəstək olması məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat