Şəhidlərimiz qiyamətə qədər qəlbimizdə yaşayacaq
Yusif Sultanoğlu
16:32 05.12.2020
Cəmiyyət
761
Hər qarış torpağımızda onlara anım lövhələrinin yaradılması ən başlıca vəzifələrimizdən biri olacaq
Bakıdakı əsas məscidlərin bir neçəsində dekabrın 4-də şəhidlərin anım mərasimi keçirilib. Həmçinin sinaqoq və kilsələrdə də mərasimlər təşkil olunub. Eyni zamanda bölgələrdəki məscidlərdə, sinaqoq və kilsələrdə də şəhidlər anılıb. Bununla yanaşı saat 12-də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xalqımız 2783 müqəddəs ruhun qarşısında baş əyib. O gün məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.
Anım günü haqqında “Şərq”ə danışan şərqşünas Seyid Camal Əzimbəyli şəhidlərimizin məscidlərdə yad edilməsinin, ölkə başçısının Şəhidlər Xiyabanını ziyarətinin onların doğmalarına və ruhlarına böyük hörmət olduğunu söyləyib:
“Əslində müsəlman ölkəsinin nümayəndəsi olan hər kəsin öz şəhidinə ehtiram göstərməsi dinin təməl prinsiplərindədir. Düşünürəm ki, Azərbaycanda 30 ildir Qarabağın işğalda olması ilə bağlı xalqın üzərində mənəvi töhmət vardı. Bu töhmətin üzərimizdən götürülməsində cənab Prezident İlham Əliyevin və ordumuzun müstəsna xidmətləri var.
Mən Ali Baş Komandanı Qarabağın fatehi adlandırıram. Onun, müzəffər Azərbaycan Ordusunun xalqın üzərində əbədiyyətə qədər haqları var. Ən çox haqq sahibləri şəhidlərimiz və qazilərimizdir. Bu gün şəhidlərimizin anılması bizim dini və milli kimliyimizin göstəricilərindəndir.
Düşünürəm ki, qiyamətə qədər zəfərimizin memarı olan şəhidlərimiz hər bir əməlimizdə, qəlbimizdə yaşayacaqlar. Hər qarış torpağımızda onlara anım lövhələrinin yaradılması ən başlıca vəzifələrimizdən biri olacaq.
Şəhadət kəfəninə bürünərək canlarını fəda etmiş şəhidlərimizi hər il bu gün anacağıq. Şəhidlərimizin adlarının yaşadılması hər birimizin başlıca vəzifələrindən birinə çevrilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət