"Şəhidlərimizin qarşısında baş əyirəm"
08:10 11.12.2020
Cəmiyyət
542
Etibar Əliyev: "Bu Qələbə paradı ana südü kimi halal haqqımızdır"
“Nəhayət 30 il həsrətində olduğumuz gün gəlib çatdı. Bu gün Qələbə paradıdır. Erməni faşizmi və erməni barbarlığı üzərində çalınmış tam və qəti qələbənin paradı. Ümummilli liderimiz Heydər Əliyev bir zamanlar “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki bu günləri görürdü”.
Bu sözləri millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib. E.Əliyev əlavə edib ki, ölkənin gücünə, qüdrətinə xalqın qızıl hərflərlə yazılan çox mühüm bir keyfiyyəti də əlavə olundu:
“Azərbaycan xalqı qalib xalqdır. Biz böyük qələbənin möhtəşəm sevincini yaşayırıq. Çingiz Aytmatov "Ana tarla" povestində yazırdı: "Torpaq, sən bizim hamımızı öz sinəndə saxlayırsan; əgər sən bizə xoşbəxtlik bəxş etməyəcəksənsə, onda niyə torpaq olursan, biz isə niyə dünyaya gəlirik? Biz sənin övladlarınıq, torpaq, bizə xoşbəxtlik ver, bizi bəxtəvər elə!". Torpağın övladları onu faşizmdən və vandallardan təmizlədi. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Əsarətdən azad olunmuş torpaqlarımıza qovuşduq. Bu parad Qalib xalqın paradıdır”.
O qeyd edib ki, vaxtilə Mustafa Kamal Atatürk demişdir: “Millət sevgisi qədər böyük mükafat ola bilməz”.
Bu mükafatı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qazandı. Dövrün sərkərdəlik və diplomatiya tarixini yazdı, yeni dəyərlər sistemi yaratdı.
Əziz və dəyərli Rəcəb Tayyib Ərdoğan gözəl demişdir:
"Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm siyasət, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır". Bəli, bu Qələbə paradı da ana südü kimi halal haqqımızdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya