Seyid Əzim Şirvaninin qəzəlləri Özbək dilinə tərcümə layihəsi başa çatıb
12:12 22.05.2020
Cəmiyyət
761
Bu il Azərbaycan ədəbiyyatında lirik şeirin, qəzəlin böyük ustadı olan S. Ə. Şirvaninin 185 illik yubileyi münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edək Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycan klassik musiqi sənəti tarixində müstəsna möveyə malik, XIX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan, Füzuli ədəbi məktəbinin ən layiqli davamçısı, böyük şair Seyid Əzim Şirvaninin qəzəlləri Özbək dilinə tərcümə edilmişdir.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, xüsusiilə Özbəkistanda böyük maraqla qarşılanır.
Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarət qəzəllərdir. Bu səbəbdən də şairin əsasən qəzəlləri Özbək dilinə çevrilmişdir. İlkin olaraq şairin 233 qəzəli Özbək dilinə çevrilmiş və bu tərcümə layihəsini isə tanınmış Özbək alim, tərcüməçi-şair Tahir Qahhar tərəfindən həyata keçirilib. Bu il sözügedən qəzəllərin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə nəşri nəzərdə tutulmuşdur.
Qeyd ədək ki, Tahir Qahhar Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və Hüseyn Cavidin əsərlərini Özbək dilinə tərcümə etmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvani haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində bölmə yaradılmış, Azərbaycan və Rus dillərində bölmələr yenidən işlənərək zənginləşdirilmişdir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi bu il dahi şairin 185 illik yubileyi münasibəti ilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı Beynəlxalq elmi konfransın keçirilməsini planlaşdırıb. Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə baş tutacaq bu konfransda Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvaninin həm ədəbiyyat tariximizdə realist şair kimi yaradıcılığı, həm də maarifçilik və mədəniyyət xadimi kimi əsərlərinə dair maraqlı məruzələr təqdim ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya