
Sosioloqdan REAKSİYA: “Gənclərdən soruşan yoxdur ki, siz nə istəyirsiniz?!”
Yusif Nəzərli
15:23 15.12.2021
Cəmiyyət
797
Sosioloq Sahib Altay “Facebook” da ölkəmizdə gənclərin yaşayış şəraiti ilə bağlı paylaşım edib. O bildirib ki,Azərbaycanda gənclərdən nə istədiyini soruşan yoxdur:
“Nə ailədə valideyn, nə işdə müdir, nə də dövlətdə məmur bunu soruşur. Ailədə valideyn deyir ki,mənim dediyim peşədə təhsil almalısan, aldığım evdə yaşamalısan, dediyim qadınla, kişiylə ailə qurmalısan, tapşırdığım, işdə işləməlisən. İşdə müdir deyir ki, mən otuz ilin qalstuklu müdiriyəm, sənin təşəbbüslərin özünə qalsın, mən deyən kimi işləməlisən, əməyinin dəyəri də 300-500 azn-dir”.

S.Altay gənclərin ailədə, əmək fəaliyyətində sərt qaydalarla üzləşdiyini vurğulayıb:
“Di gəl, indi sən ölkənin gəncinə başa sal ki, gənclik azad ruhludur. Heç kim inanmaz. Haqlıdır da. O ailədəki valideyn də, işdəki müdir də, dövlətdəki məmur da eyni təfəkkürün, düşüncənin yetişdirdiyi insan modelidir bu cür də olmalıdır. Bu məqamda kimlərsə deyə bilər ki, bəs bu sadalanan yerlərdə çalışan gənclər də var axı. Onlar gənc deyil, əzizlərim, həmin qalstuklu day-daylara çəpik çalan, zahirən gənc, təfəkkür etibarilə ağsaqallıq eyforiyasına qapılan, gələcəyin qalstuklu, vəzifədən "çak-çuk" uman dayılarıdır”.
S.Altay zaman-zaman verilən və artıq ənənəyə çevrilən "Ölkədən gənclər niyə gedir və ya getmək istəyir?" sualına aydınlıq gətirib:
“Bir qarın çörəyə görə kölə olmamaq, rahat həyat qurmaq, özünü asan ifadə edə bilmək üçün. Qəfəsdə olmağı arzulayan topluma azadlıq yaraşmır...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat