Su ehtiyatlarımız da "işğal"dan qurtuldu
08:35 18.11.2020
Cəmiyyət
963
"Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarına nəzarətin ələ keçirilməsi, ölkədə olan su çatışmazlığını aradan qaldıra biləcək. Yəni daha əvvəlki illərdə olduğu kimi su problemi yaşanılmayacaq. Ancaq həmin su anbarlarının suyundan istifadə etməkdə tələsmək olmaz. Zamanla su təmizlənməli və istifadəyə yararlı vəziyyətə düşməlidir.
"Altay" Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində idi. O qeyd edib ki, məhz buna görə də son dövrlər su təchizatında, xüsusilə də suvarmada böyük çətinliklər yaranırdı:
"Lakin ərazilərimizin azad olunmasından sonra bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşacaq. Belə ki, təkcə Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll olunacaq. Bundan başqa, təbii çaylar, göllər, yeraltı su hövzələrindən də istifadə olunacaq. Məlum olduğu kimi, ermənilər işğal olunmuş ərazilərdə ekoloji fəlakət törədiblər, bir çox çayların məcrasını dəyişib, onların suyunu borularla kollektorlara və kiçik elektrik stansiyalarına yönəldiblər. Nəticədə, ərazidə quraqlıq və digər ekoloji problemlər yaranıb. Prezidentimizin dediyi kimi, bütün Qarabağ bölgəsi bərpa ediləcək və bu məsələlər də o çərçivədə həll olunacaq".
E.Bayramlı diqqətə çatdırıb ki, əsas məsələ ondadır ki, dünyanı su qıtlığı gözləyir:
"Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək. Azərbaycan əhali sayına nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir”.
"Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşdığı və Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik.
Lakin Qarabağın azad olunması bu problemin aradan qaldırılmasını təmin edəcək. İndi bizi, daha doğrusu, "Azərsu"nu və Su-Meliorasiya ASC-ni çox böyük işlər gözləyir. Ümidvaram ki, qısa müddətdə azad olunan ərazilərdə su sisteminin qaydaya salınması, bərpa olunması, yeni su anbarları, su kanalları və su kəmərlərinin çəkilişi kimi işlər həyata keçiriləcək.
Yaxın müddətdə biz ölkə olaraq iqtisadiyyatımızda, xüsusən aqrar sektorumuzda, həmçinin sosial həyatımızda bunun müsbət təsirini görə biləcəyik"- deyə, ekspert əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm