Super ağcaqanadlar kəşf edildi
Yusif Nəzərli
22:24 27.12.2022
Cəmiyyət
582
Həşərat dərmanları onlara təsir etmir
Kamboca və Vyetnamda həşərat dərmanlarına qarşı güclü müqavimətə malik ağcaqanadlar kəşf edilib. Yaponiya Yoluxucu Xəstəliklər Milli İnstitutunun araşdırmaçıları bu kəşfin yoluxucu xəstəliklərin nəzarət altına alınmasına dair narahatlığı artırdığını söyləyib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Aedes aegypti (A. aegypti) növünə aid ağcaqanadlar “sarı qızdırma”, “dang qızdırması” və “Zika” virusunun əsas daşıyıcıları kimidir. Bu həşəratlar tropik və subtropik bölgələrdə geniş yayılır. Onları həşəratlara qarşı məlum dərmanlarla nəzarət altına almağa çalışırlar.
Bu dərmanların bir çoxu sinir sistemini hədəf alaraq iflic və hətta ölümə də yol açan piretroidlər qrupunda yer alır. Ağcaqanadlarda piretroidə qarşı formalaşmış müqavimətin nə dərəcədə problem yaradacağı tam müəyyənləşməyib. İnstitut əməkdaşları Şinji Kasai və heyəti buna aydınlıq gətirmək üçün Qana, Tayvan, Vyetnam və İndoneziyada mövcud olan A.aegyrti növlü ağcaqanadlar üzərində tədqiqat aparıb.
Ağcaqanadlar üzərinə adətən bu tip həşəratları 99 faiz məhv edən “Permetrin” adlı dərman sıxılıb. Bəzi ağcaqanadlar məhv olduğu halda, Vyetnamdan gətirilənlərin müqavimətini qırmaq mümkün olmayıb. Bu həşəratlardan yalnız 20 faizi məhv olub.
Məlum olub ki, bu həşəratlar mutasiyaya uğrayanlardır. “Science Advances” elmi jurnalında yayımlanan materialda A.Aegypti növünə aid ağcaqanadların daha əvvəl məlum olmayan 10 alt növünün bu mutasiyalardan ən azı birinin daşıyıcısı olduğunun aşkarlandığını yazıb.
L982W mutasiyasına sahib ağcaqanadların “Piretroid” dərmanına qarşı müqaviməti 100 dəfə artıqdır. Ş.Kasai bildirib ki, indiyədək istifadə edilən dərmanların yeni növ ağcaqanadlara qarşı təsirsiz olacağını bilməyimiz önəmlidir. Bu, alimlərə ağcaqanadlara qarşı daha təsirli dərman vasitələri kəşf etməli olduğunu göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm