
Sürücülərin diqqətinə: İsti havalarda bunları edin
Yusif Nəzərli
13:57 14.08.2023
Cəmiyyət
467
Azərbaycanın paytaxtı və bölgələrində havanın temperaturunun 42-44 dərəcəyə qədər yüksəlməsi sürücülərin yollarda hərəkətinə də problem yaradıb.
Son günlər avtomobil mühərrikini soyudan mayenin qaynaması səbəbi ilə ustalara müraciət edənlər artıb. Bu hal isə sürücüyə böyük maddi ziyan vurur. Ekspertlər isə bu cür isti günlərdə sürücülərin bir neçə nüansa diqqət etməsini vacib sayır. Sürücü avtomobildə tempraturun normadan çox artıdığını görürsə bu zaman avtomobili gücə salmamaq, tıxaclı yola girməmək və kənara çəkib saxlamaq lazımdır. Mühərrikin normadan çox qızmasına həttə şin lərdəki havanın az olmasıda səbəb ola bilər. Bunun üçün yay aylarında şinlərin havasının normada saxlanılmasıda vacibdir. Bundan əlavə qızma səbəbi ilə yanacaq nasosununda tez-tez sıradan çıxması müşahidə edilir ki, bunun qarşısını almaq üçündə avtomobilin yanacaq çəninin minimum yarıya qədər dolu olması məsləhət görülür.
Nəqliyyat eksperti Ərşad Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, yayda avtomobil idarə etmək qışdan daha təhlükəsiz kimi görünsə də, yüksək temperatur avtomobilə də mənfi təsir edir.
Ekspertin sözlərinə görə, kəskin istilər sadəcə avtomobillərdə texniki problem yaratmır, sürücülərin və sərnişinlərin həyatı üçün də risklidir.
Sürücü və sərnişinlər nəzərə alsınlar ki, belə qızmar havada kondisionersiz avtomobillə yola çıxmaq çox risklidir. Ən riskli vaxt isə 11.00-18.00 arası olan saatlardır:

“Günəş altında ən çox qızan yer asfalt yollardır. Təsəvvür edin ki, havanın temperaturu 40-ın üstündədirsə, asfaltın üzərində 1-2 metrlik hava təbəqəsinin temperaturu 50-nin üzərində olacaq (asfaltın öz temperaturu 60-ı, hətta 70-i keçə bilər). Pəncərəsi açıq avtomobildə hərəkət edərkən belə qızmar hava axını insan bədəninin mayesini daha qısa müddətdə azaldacaq, gözlər qurumağa başlayacaq. Adamın yaşından və səhhətinin ümumi vəziyyətindən asılı olaraq bunun ciddi fəsadları ola bilər, sükan arxasında halı pisləşən sürücü ağır qəzaya səbəb ola bilər. Əgər sürücü yorğunluq, süstlük hiss etsə, dərhal hərəkəti dayandırıb, istirahət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm