
Sürücülük vəsiqələrinin vaxtının bitməsi ilə bağlı vətəndaşa məlumat verilsin -TƏKLİF
Yusif Nəzərli
12:07 27.02.2025
Cəmiyyət
1693
Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən "E-Polis" tətbiqinə yeni funksiyalar əlavə edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq "yeni" müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. "Müraciət et" düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.
Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi "müraciətlərim" xanasında "gözləmədə" statusu şəklində görünür.
Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status "hazırdır" olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, son vaxtlar Daxili İşlər Nazirliyi tərəfindən texnologiyaların yaratdığı imkanlardan geniş şəkildə istifadə olunur:

“Xüsusən “E-polis" xidmətində çox mükəmməl xidmətlər istifadəyə verilir. Vətəndaşlara əvvəlcədən maarifləndirici formada məlumat da verilir ki, bu funksiya nədir, nədən ibarətdir və yaxud da ondan necə istifadə etmək lazımdır. Bunlar öz-özlüyündə çox yaxşı haldır. Xüsusən sürücülük vəsiqələri ilə bağlı çox ciddi problemlər var. Bəzi sürücülər, sürücük vəsiqəsinin vaxtının nə vaxt bitəcəyini unudurlar. Çünki vəsiqə 10 il müddətində istifadə olunur. Hesab edirəm ki, gələcəkdə Daxili İşlər Nazirliyi həm də belə bir xidmət qura bilər və bu çox aktual bir mövzu kimi gündəmdə olmalıdır. Sürücülük vəsiqələrinin istifadə müddətinin bitməsi ilə bağlı vətəndaşa vaxtında məlumat verilsin. Yəni ən azından bir ay qalmış informasiya göndərilsin ki, sənin sürücülük vəsiqənin bitməsinə bir ay qalıb. İndiyə qədər araşdırsaq görərik ki, sürücülük vəsiqəsinin vaxtının 1 ildir bitdiyini bilməyən adamlar var. Bu zaman isə təsadüfən yolda polis saxlayır, onu cərimə yazır. Qayda pozuntusunu izah edəndə baxır ki, sürücü vəsiqəsi vaxtı bitib və avtomobil cərimə meydançasına aparılır ki, sən artıq sürücülük hüququ olmayan şəxssən. Bu məsələyə yanaşma bir az dəyişilməlidir. Cəza o cür tətbiq edilməməlidir. Mənim fikrimcə sürücülük vəsiqəsinin vaxtı bitib və dəyişilməməsinə görə məsuliyyətin konkret adı olmalıdır. Digər tərəfdən də müddətlə bağlı vaxtında məlumatın verilməsi məsələsidir. Bu da bizi çox ciddi şəkildə narahat edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat