Taksilərdə şəffaf arakəsmələr yoxdur !- “Cərimələr işə salınmalıdır”
10:16 30.10.2020
Cəmiyyət
612
“Yalnız sürücülərə deyil, taksi şirkətlərinə də nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir”
“Qayda olaraq, cərimələrin tətbiq edilməsini tələb etmək imkanlarımız var”
Koronavirusa yoluxma hallarının çoxalmasına görə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin qərarına əsasən, ictimai nəqliyyatda şəffaf arakəsmələrdən istifadə edilməsi məcburidir.
Qeyd edək ki, metro stansiyaları arasında hərəkət edən xüsusi ekspress avtobuslarda sərnişin sıxlığı müşahidə edilir. Avtobusdan istifadə edə bilməyənlər, taksiyə müraciət etməli olurlar. Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq taksilərdə şəffaf arakəsmə quraşdırılması mütləqdir. Pandemiyanın birinci dalğası zamanı bu tədbirlərin görülməsinə nəzarət edilirdi. Amma yay aylarında virusun səngidiyi dönəmdə bu arakəsmələrə məhəl qoyulmadı. Bu da haqlı olaraq sərnişinlərin narazılığına səbəb oldu.
Mövcud durumla bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti İlqar Hseynli qeyd edib ki, yay aylarında koronavirusa yoluxma tendensiyasının azalması ilə əlaqədar olaraq vəziyyət nəzarətdən çıxmışdı:
“Pandemiyanın birinci dalğası dönəmində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq, nəqliyyat vasitələrində bir sıra tələblər irəli sürülmüşdü.
Taksi xidmətlərində şəffaf arakəsmə quraşdırılmışdı. Karantin rejiminin yumşaldılması və yoluxmanın azalmasından sonra bu sahəyə nəzarət edilmədi. Hazırda kütləvi şəkildə yoluxma artıb.
Təbii ki, sərt karantin rejiminin tələblərindən irəli gələn cərimə mexanizmləri işə salınmalıdır. Ümumi nəqliyyat vasitələrində, özəl taksi xidmətlərində bu tətbiq olunmalıdır. Mərkəzləşdirilmiş şəkildə taksi xidmətini təşkil edən şirkətlərin özləri bilavasitə, bütün tələblərə uyğun olmasına nəzarət etməlidir.
Yalnız sürücülərə deyil, taksi şirkətlərinə də nəzərdə tutulan cəza tədbirləri tətbiq edilməlidir. Qayda olaraq, cərimələrin tətbiq edilməsini tələb etmək imkanlarımız var”.
Aygün Mustafayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət