TƏKLİF: “İcra hakimiyyəti yerini kollegial qurumlara verməlidir”
Turan
13:49 04.05.2020
Cəmiyyət
977
“Bələdiyyələrə səlahiyyətlərin verilməsi və şəhər meri seçkiləri günün tələbidir”
“Son 5 ayda korrupsiya və rüşvətə bulaşmış 4 icra başçısının həbsi ölkədə ciddi dəyişikliklərin başlanğıcına işarədir”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Partiya təmsilçisi bəyan edib ki, Prezidentin davamlı olaraq məmurları və səlahiyyətli vəzifəliləri düzgün işləməyə çağırması problemin mövcudluğunun ciddiliyindən xəbər verir:
“Bu bəla cəmiyyətdə kifayət qədər kök salıb və onunla mübarizə üçün ictimaiyyətə müraciət etmək vacibliyi yaranıb. Bundan sonra mübarizənin ikinci fazasına keçid etmək lazım gələcək. Dövlət başçısı çıxışlarında daha çox ictimai nəzarətin gücləndirilməsindən danışır. Bu işdə ilk növbədə ictimaiyyət aktivlik göstərməlidir. Ortada dövlət başçısının iradəsi və dəstəyi var. Korrupsiya və rüşvətə meyilli insanlar ifşa olunmalıdır. Bəzi məmurlar öz əməllərini davam etdirmək niyyətlərini gizlətmirlər. Belə olmasaydı, son həbslərdən nəticə çıxardardılar. Bəzi icra başçıları şəhər və rayonlarda özlərini “kiçik padşah” kimi aparırlar. Vəzifəyə təyinat aldıqdan sonra bu cür şəxslərin danışıq tərzində belə amirlik elementləri yaranır. Sanki, gözəgörünməz bir qüvvənin əlində alətdirlər və rüşvət almaq “vəzifə”lərini heç nəyi gözə almadan davam etdirməlidirlər. Vəziyyət o həddə çatıb ki, onlar dövlət başçısının tələblərinə baxmayaraq öz çirkin əməllərindən əl çəkmirlər. Belələri çox ciddi şəkildə cəzalandırılmalıdır”.
Analitik vurğulayıb ki, Prezident hər il humanist addımlar ataraq bir çox insanı əfv edir və ya cəzalarının bir hissəsini bağışlayır:
“Mən belə adamları cinayət törətmiş canilərlə eyni tuturam. Gələcəkdə bu sayaq adamların əfv olunmaması lazımdır ki, 3-5 il yatıb oğurladıqları milyonlara sahib olacaqlarını düşünməsinlər. Bundan başqa idarəetmədə dəyişikliyin olması da vacibdir. İcra hakimiyyəti idarəçilik sistemi yerini kollegial qurumlara verməlidir. Bələdiyyələrə səlahiyyətlərin verilməsi və şəhər meri seçkiləri günün tələbidir. Həmçinin, dövlət idarəçiliyində ictimai nəzarətin güclənməsi siyasi partiyaların parlamentdə təmsilçiliyinin sayının artırılmasından keçir. Ona görə də proporsional seçki sisteminə keçid barədə düşünmək olar. Yaxın gələcəkdə Azərbaycanı parlamentli ölkə kimi görürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol