“Tərtər işi”nin araşdırılmasının obyektiv olacağına ümid böyükdür
Yusif Nəzərli
05:08 24.12.2021
Cəmiyyət
664
Kimliyindən asılı olmayaraq bu işdə əli olan günahkarların hər biri layiqincə cəzalandırılacaq
“Baş Prokurorluğun digər hüquq-mühafizə orqanları, güc strukturları ilə birlikdə “Tərtər işi” adlandırılan hadisələri yenidən araşdırmağa başlaması bütün hallarda müsbət addımdır”. Bu sözləri “Şərq”ə Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov deyib. Partiya rəhbəri təkrar araşdırmanın nəticələrinin obyektiv olacağından əminlik ifadə edib:
“Ortada Prezident İlham Əliyevin siyasi iradəsi var. Cənab Prezidentin bir neçə gün öncə 2017-ci ildə baş vermiş Tərtər hadisələrinin yenidən araşdırılmasına göstəriş verməsi sözügedən araşdırmaların şəffaf və obyektiv aparılacağına zəmanət verir. Son dövrlərdə ictimailəşən faktlar onu göstərir ki, “Tərtər işi” çərçivəsində həqiqətən də çoxsaylı qanun pozuntularına yol verilib və ağır işgəncələr tətbiq edilib. Məqsəd isə o olub ki, Aprel döyüşlərindən qalib çıxan Silahlı Qüvvələrimizin döyüş ruhu “5-ci kolon”a bağlı olan şəxslərin əli ilə sarsıdılsın. Qarabağımızı güc yolu ilə qaytarmaq qüdrətimizə inam hissi tamamilə öldürülsün. Ordumuz fədakar və vətənpərvər hərbçilərdən məhrum edilsin. Bax, bu qədər çirkin və məkrli bir niyyətə xidmət edən qüvvələr bu cür dəhşətli cinayətləri törədib, ağır işgəncələrə yol veriblər. İşgəncələrə, həbslərə yol verən qüvvələr nəinki Azərbaycan Ordusuna, eyni zamanda Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd göstəriblər. Bu, dövlətimizə qarşı olduqca məkrli təxribatdır”.
Ə.Hüseynov qeyd edib ki, təkrar araşdırmanın gedişində bütün bu faktların hamısı üzə çıxarılacaq:
“Kimliyindən asılı olmayaraq bu işdə əli olan günahkarların hər biri layiqincə cəzalandırılacaq. Heç kimin buna şübhəsi olmasın. Təkrar araşdırmanın aparılması bütün məsələlərə aydınlıq gətirəcək və əsl günahkarlar üzə çıxarılıb ifşa ediləcək. Ordumuzun nüfuzuna xələl gətirmək istəyən, onun döyüş gücünü zəiflətmək məqsədini güdən qara qüvvələr cəzasız qalmayacaq. Heç kim ordumuzun nüfuzuna sarsıdıcı zərbə vurmağa qadir deyil. Buna cəhd göstərən xainlər ədalət qarşısında mütləq cavab verəcəklər. Cənab Prezident də məhz haqq və ədalətin bərqərar olması üçün, ordumuzu içindən sarsıtmaq istəyənlərin tapılıb ifşa edilməsi üçün bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib. Odur ki, istintaqın nəticələrini gözləməliyik. Yeni istintaq qrupunun yaradılmasının müsbət nəticələrini görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət