“Tərtər işi”nin qırılma nöqtəsi: “Günahkarlar məhkəmə qarşısına çıxarılıb...”
Yusif Nəzərli
11:52 21.12.2021
Cəmiyyət
989
Bir müddət öncə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi “Tərtər işi”ni törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib. Artıq zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular Baş Prokurorluğa dəvət olunur:
“Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində beş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib,məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər”. Bildirilib ki, bu cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi üçün 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar əsasında cinayət işlərinin təzələnməsi haqqında qərarlar qəbul edilib.Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb.Eyni zamanda,kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platforma istifadəçilərinin,cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılıb ki,ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməzdir : “Bu qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək,cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq,qalib Azərbaycan ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Bəs “Tərtər işi”nin bundan sonrakı istintaq prosesində hansı məqamlara aydınlıq gətirililəcəyi gözlənilir ?
Mövzunu “Sherg.az”a şərh edən Qarabağ qazisi, hərbi-jurnalist Rey Kərimoğlu bildirib ki, bunun bir neçə il əvvəl başladılan və başında Nəcməddin Sadıqovun bacısı oğlu general-mayor Ramil Əsgərovun durduğu iş olduğu hər kəsə məlumdur:
“Düşünürəm ki, obyektiv və şəffaf istintaq aparılacaq. Günahkarlar məhkəmə qarşısına çıxarılıb öz cəzasını alacaq. Hüquq - mühafizə orqanları istintaqın aparıldığını deyir. Görünən odur ki, məsələdə müəyyən boşluqalar olub”.
Hərbi jurnalist məhz belə boşluqlar prosesin obyektivliyini şübhə altına aldığını vurğulayıb və başladılan istintaq prosesinin növbəti mərhələsinə diqqət çəkib:
“Həm istintaq, həm də məhkəmə istintaqının obyektivliyinə inam azdır. Bu səbəblərdən daha şəffaf bir məhkəmə prosesi həyata keçirilməlidir. İstintaqın növbəti mərhələsində isə hansı məqamların ortaya çıxacağını təxmin etmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət