"Yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır. Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq".
Tıxaclara yalnız nasaz avtomobillər səbəb olmur
03:35 03.03.2021
Cəmiyyət
472
Bir nömrəli problem ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, son vaxtlar paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir:
"Yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır. Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq".
Polkovnik-leytenant N.Piriyev onu da deyib ki, əvvəlcədən maşınını texniki baxışdan keçirmədən sürənlər digər vasitələrin hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyət daşıyırlar:
"Sürücülər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar".
Məlum xəbərdarlıq barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq"ə danışarkən bildirdi ki, belə hadisələrə gün ərzində dəfələrlə rast gəlinir:
"Bu, doğrudan da belədir. Belə nasaz avtomobillər hərəkətin çoxluq təşkil etdiyi nöqtələrdə sıradan çıxanda həmin yerdə anidən böyük bir tıxac yaranır.
Təbii ki, yolun statusundan asılı olan məsələlər də var. Şəhərin elə yerləri var ki, orda dayanma-durmaya icazə verilir. Buna görə də avtomobil sıradan çıxıb həmin yerlərdə dayananda elə də çox problem yaranmır. Amma elə yerlər də var ki, orda avtomobil nasaz vəziyyətdə olsa, onu yol kənarında saxlasalar belə tıxaca səbəb olur.
Amma bu, səbəblərdən sadəcə biridir. Biz tıxacın yaranma səbəblərini sadalasaq bu problem növbəti sıralarda qalar. Problemin daha vacib səbəbləri var.
Əsas səbəblərdən biri isə ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır. Hazırkı dövrdə ictimai nəqliyyatdan ehtiyatla istifadə olunur. Metrodan istifadə edilmir. İnsanlar da xəstəliyə görə ictimai nəqliyyatdan çəkinir. Ona görə də kimin əlində hansı nəqliyyat vasitəsi varsa yola onunla çıxır.
Birinci və əsas məsələ odur ki, ictimai nəqliyyat mükəmməl olmalıdır. Beləcə şəhərin içində, eləcə də Bakıdan Sumqayıta da gedən sərnişinlər rahat olacaqlar.
Digər tıxac yaradan problemlər isə yolun konfiqurasiyasında olan problemlər, işıqforlarda olan hərəkəti düzgün nizamlamama məsələləridir".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya