Türkiyə Ombudsman təsisatının raportu ALQIŞLANDI:"Azərbaycandan yanadırlar”
Yusif Sultanoğlu
12:37 24.11.2020
Cəmiyyət
566
“Ona görə haqqın və hüququn tərəfdarı olan Türkiyə də öz mövqeyini ortaya qoyub. Alqışlamaq lazımdır”
“Həm başqa türk dövlətlərinə, həm də Avropa ölkələrinə örnək olsun”
“Çünki həmin cinayətlər, Ermənistanın terror aktları bütün dünyanın gözü qarşısında baş verib”
İstər 44 günlük müharibə müddətində, istərsə də sonra daim yanımızda olan Türkiyədən növbəti qardaş dəstəyi gəlib. Türkiyənin Ombudsman təsisatı “Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi raport” hazırlayıb.
Sənəddə təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi hücumlara dair faktlar, raket və artilleriya zərbələri nəticəsində baş verən itkilər və dağıntıları əks etdirən həqiqətlər, bu proseslər zamanı törədilən hərbi cinayətlər qeyd olunub.
Bu həftədən başlayaraq sənəd Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, həmçinin Türkiyə və dünyadakı insan haqları ilə məşğul olan təşkilatlara göndəriləcək.
Nəzərinizə çatdıraq ki, ötən ay Türkiyənin baş ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu zaman onlar Ermənistan hərbi qüvvələrinin törətdiyi cinayətlərlə bağlı həqiqətlərin canlı şahidi olublar.
Türkiyənin hazırladığı məruzəni “Sherg.az” dəyərləndirən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu işin təqdirəlayiq olduğunu söyləyib:
“Türkiyə həmişəki kimi Azərbaycanın yanında olduğunu göstərdi. Qarabağ məsələsi başladığı gündən etibarən qardaş ölkə prezidentindən tutmuş adi vətəndaşına qədər bizimlədir.
Həmçinin hüquqi məsələlərdə də Azərbaycandan yanadır. Əlbəttə həmin raport ölkəmizin lehinədir. Bu növbəti dəfə qardaş olduğumuzu göstərir. Bundan əlavə söhbət insanlıq cinayətlərindən gedir. Ona görə haqqın və hüququn tərəfdarı olan Türkiyə də öz mövqeyini ortaya qoyub.
Alqışlamaq lazımdır. Həm başqa türk dövlətlərinə, həm də Avropa ölkələrinə örnək olsun. Çünki həmin cinayətlər, Ermənistanın terror aktları bütün dünyanın gözü qarşısında baş verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz