Türkiyə parlamentinin üzvləri Tərtər və Bərdəyə səfər ediblər
13:05 15.11.2020
Cəmiyyət
498
Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Tərtər və Bərdə rayonlarına gəlib.
Trend-in Bərdə rayonunda olan müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti cəbhə bölgəsində yerləşən Tərtərin mərkəzi küçələrində və Şıxarx qəsəbəsində Ermənistan silahlı qüvvələrinin top, qrad və raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.
Nümayəndə heyətinə məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb.
Türkiyə Böyük Millət Məclisinin hüquq komitəsinin sədri H.Çavuşoğlu bildirib ki, Ermənistan ərazisindən Tərtər rayonu məqsədli şəkildə ballistik raketlər və artilleriya atəşə tutulub. Nəticədə 3 mindən çox mülki obyektə ziyan deyib. 17 nəfər mülki şəxs ölüb.
Həmçinin bildirilib ki, belə müharibə cinayətlərindən biri də Bərdədə törədilib. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş silahlarla atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb. Ümumilikdə Bərdə rayonunda 31 nəfər ölüb".
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin ailə üzvləri də görüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm