Umayra Tağıyeva: Yaxın gələcəkdə təbii fəlakətlərin sayı çoxalacaq
07:25 28.11.2023
Cəmiyyət
953
“Təəssüf ki, iqlim dəyişmələri ilə bağlı son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı böyük itkilərlə qarşılaşır”.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O bildirib ki, alimlərin proqnozuna görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı bütün dünyada çoxalacaq:
“Təbii ki, iqlimin istiləşməsi, eyni zamanda, buzlaqların əriməsi və okean səviyyəsinin artması nəticəsində atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bütün bəşəriyyət üçün böyük çağırışa çevrilib”.
Umayra Tağıyeva qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır:
"Noyabr ayında qonşu ölkələrdə müşahidə olunan proseslər də bu problemin nə qədər böyük olduğundan xəbər verir".
Nazir müavini əlavə edib ki, 2 gündən sonra ilin ən önəmli beynəlxalq tədbirlərindən biri keçiriləcək:
"Azərbaycan konfransda böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Burada iqlim dəyişmələrinə milli uyğunlaşma planı çərçivəsində ölkədə görülən işlər haqqında ətraflı məlumatlar veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya