Umudov hər iki gözünü itirən QAZİni ziyarət edib: “Tarix yazdınız” - Video
Yusif Sultanoğlu
15:35 02.12.2020
Cəmiyyət
663
Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, polkovnik-leytenantı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Vətən müharibəsində minaya düşərək hər iki gözünü itirən Qarabağ qazisi Amil Əliyevə baş çəkib.
“Sherg.az”ın məlumatına görə, müzəffər Azərbaycan Ordusu ilə qürur duyduğunu diqqətə çatdıran DSX zabiti Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib:
“Başda Ali Baş Komandanımız, Prezident İlham Əliyev olmaqla ordumuz, xalqımız, hər bir Azərbaycan vətəndaşı sağ olsun. Hər birimiz cənab Prezidentin ətrafında yumruq kimi birləşdik və o birliyin, həmrəyliyin də nəticəsində qələbə qazandıq. Hər birimiz sizinlə fəxr edirik. Bir Azərbaycanlı kimi qürur hissi keçiririk ki, Azərbaycanın sizin kimi rəşadətli oğulları var. Qarabağımız bizdədir, suverenliyimizi bərpa etmişik.Torpaqlarımız işğaldan azad olunub. Cənab Prezident hər dəfə çıxışlarında sizin qəhrəmanlığınızdan danışır. Bizim şücaətli övladlarımız bir əlində bayraq, bir əlində silah döyüşə atılırdılar. Təlimlərə də, döyüş bölgəsinə də getdim və gördüm ki, hər bir əsgərin, hər zabitin üzərində Azərbaycan bayrağı var idi. Bayrağımız üçün qanlar tökülüb, onun üçün qanımızdan, canımızdan keçmişik”.
Beynəlxalq güləş yarışlarında bayrağımızın dalğalandırılğını vurğulayan F.Umudovun sözlərinə görə, əvvəllər içimizdə bir sınıqlıq var idi. Torpaqlarımız işğal altında idi, tam, bütöv deyildik. Bizim idmançılarımız ölkəmizi təmsil edib, uğurlar qazanırdı. Ancaq siz tarix yazdınız, bizim arzumuzu, niyyətimizi yerinə yetirdiniz:
“Qarabağımız işğaldan azad olundu, Azərbaycan suverenliyini bərpa etdi. Bizim əzizimiz, canımız, ciyərimizsiniz. Bir şəhid, Qarabağ qazisi can qoyan hər bir övlad tək öz ailəsinin deyil, Azərbaycanının övladıdır. Valideynlərinizin qarşısında baş əyirik ki, belə vətənpərvər, dövlətini, millətini sevən övladlar böyüdüblər. Hər zaman yanınızdayam. Nəinki mənim hər bir Azərbaycanlının borcudur ki, sizin yanınızda olsun. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın iradəsi ilə bütün dünyaya necə qüdrətli ölkə olduğumuzu sübut etdik. Bütün dünya bizim zəfərimizdən, qəhrəman oğullarımızın, ordumuzun döyüş bacarığından danışır. Güclü, inkişaf etmiş dövlətlər Azərbaycanın döyüş taktikasını müzakirə edir. Bütün bunlar məhz sizing, ordumuzun məharətidir. Vuruşmaq böyüklüklə, kiçikliklə olmur.
Ürəklə döyüşə atılmaq nər oğulların işidir. Bir daha deyirəm ki, bu tarixi qələbə hər birimizi qürurlandırır. Hər zaman yanınızda olmaq, borcumuzdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz