Uşaq cinayətləri artır! - "İnzibati metodların sərtləşdirilməsi önəmlidir"
Yusif Nəzərli
03:32 28.12.2022
Cəmiyyət
375
Cəzaların sərtləşdirilməsi uşaqlara qarşı cinayətlərin azalmasına səbəb olmayacaq
14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.
Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, həmin cinayəti törətmiş təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, cəzaların sərtləşdirilməsi uşaqlara qarşı cinayətlərin azalmasına səbəb olmayacaq. Hüquq müdafiəçisinin fikrincə, təkcə inzibati metodlarla hansısa bir məsələdə tam nailiyyət əldə etmək qeyri-mümkündür: “Bu həmişə belə olub. Sadəcə, bu məsələ paralel getməlidir. Yəni əgər biz inzibati metodlarla hansısa cəzaların və yaxud reaksiyaların sərtləşdirilməsini arzulayırıqsa, digər tərəfdən, bu istiqamətdə ciddi maarifləndirici işlər aparılmalı, müəyyən roliklər, verilişlər hazırlanmalı, buna xüsusi önəm və diqqət etməliyik. Lakin bu gün biz nəyi görürük? Hesab edirik ki, sadəcə, qanunvericilikdə edilən dəyişikliklərlə istədiklərimizə nail olacağıq, bu isə yanlış fikirdir.
Çünki biz zaman-zaman görürük ki, bu metod heç də özünü doğrultmur. Lakin bu heç də o demək deyil ki, inzibati metodların sərtləşdirilməsini ön plana çəkməyək. Əlbəttə ki, bu da vacibdir.
Bu baxımdan hesab edirəm ki, azyaşlılara qarşı törədilən cinsi və fiziki zorakılıq, həmçinin digər hərəkətlərə görə qanunların sərtləşdirilməsini dəstəkləmək lazımdır. Çünki cəmiyyətdə bu gün əgər bu istiqamətdə cinayətkarlıq artırsa və bu, cəmiyyətin sağlam təbəqəsini narahat edirsə, onda mütləq qanunverici qurum bu məsələni müzakirə predmetinə çevirməli və düşünülmüş müəyyən təcrübələri özündə ehtiva edən toplum halında bir qərarın qəbul edilməsinə nail olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz