Uzun illər danışılacaq
Yusif Sultanoğlu
10:10 08.12.2020
Cəmiyyət
595
İndi hər kəs davamızdan, döyüşümüzdən bəhs edir
Zəfərimiz bədəlsiz qazanılmayıb.Torpaq uğrunda canından keçən igidlərimiz var.
2783 oğul Vətən müharibəsində qəhrəmancasına şəhadətə qovuşub. Biz də onları yad edib, ruhlarına ehtiram göstərdik.
Bundan sonra da belə olacaq. Daim onları yaşadıb, borcumuzu ödəməyə çalışacağıq.
“Şərq”lə həmsöhbət olan Qarabağ qazisi Anar Məmmədov da şəhidlərimizin, hərbçilərimizin tarix yazaraq ərazi bütövlüyümüzü bərpa etdiyini söyləyib:
“Həm Ali Baş Komandan, həm də xalqımız 44 günlük müharibə müddətində iradəsini, əzmini nümayiş etdirdi. Bütün dünya milli birliyimizin şahidi oldu. Vətən savaşı şanlı tariximizə qızıl hərflərlə yazıldı. İndi hər kəs davamızdan, döyüşümüzdən danışır. Hələ uzun illər də danışılacaq. Bu qələbəni bizə şəhidlərimiz bəxş edib.
Onlar öz qanları, canları ilə zəfər sevincini bizə yaşatdılar. Vətən müharibəsində hərbçilərimizin böyük xidmətləri oldu. 30 ilə yaxındır ki, torpaq həsrəti çəkirdik.
Qarabağa qovuşacağımız günü gözləyirdik. Şükürlər olsun ki, sentyabr ayında Vətən müharibəmiz başladı. Düzdür, şəhidlərə görə üzülürük. Lakin qələbəmizə görə sevinmək lazımdır. Müharibə qurban tələb edir.
Onu da deyim ki, Ermənistan ordusunun itkiləri bizdən 5-6 dəfə çoxdur. Əslində əks-hücum edən dövlətin itkisi çox olur. Amma bizdə əksinə, az itkimiz var. Bu da ordumuzun gücünün sübutudur. Millətimizin döyüşkənliyinin, qoşunlarımızın savaşa hazırlıqlı olduğunun göstəricisidir.
Eyni zamanda cənab Ali Baş Komandanın ordumuza, millətimizə qayğısının, diqqətinin bariz nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz