Vasif Talıbov hakim qarşısına çıxarılacaq: Həbs edilmiş məmurlar qisas əməliyyatına başlayırlar - FOTO
Yusif Nəzərli
08:54 14.12.2022
Cəmiyyət
412
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında baş verən hadisələr, onun açıq şəkildə “vurulması” “kiçik torpaqda” narazı olan şəxsləri fəallaşdırıb.
Bakupost.az xəbər verir ki, Talıbovun vaxtilə həbs etdirdiyi şəxslərin bir qismi, eləcə də Naxçıvandan didərgin salınmış bəzi iş adamları haqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyi qərarlaşdırıblar.
Bəzi iddialara görə, həmin adamların bir çoxu Talıbova qarşı vahid cəbhədə birləşiblər, işləri planlı şəkildə həyata keçirməyə başlayıblar.
Məlumatda bildirilir ki, plan baş tutarsa, Talıbovu çox ciddi cəzalar gözləyə bilər. Çünki iddialarda sübutlar, təkzibedilməz faktlar kifayət qədər çoxdur.
Qeyd edək ki, Vasif Talıbovun idarəetmə üsulundan əziyyət çəkən, maddi və mənəvi ziyan görən, işini, azadlığını itirən şəxslərin sayı yüzlərlədir.
Onlar arasında yüksək vəzifəli məmurlar da var. Talıbov elə son illərdə bir neçə yüksək vəzifəli şəxsi həbs etdirib.
Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (külli miqdarda mənimsəmə) cinayət işi başlanıb və o həbs edilib. Naxçıvan Hərbi Məhkəməsi ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi