Vətəndaşlarımız tələsməməlidir
05:13 01.12.2020
Cəmiyyət
594
Yağış yağdıqca torpağın dərinliklərində olan minalar daha da üzə çıxa bilər
İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir. Qeyd edək ki, “Bozena-5” Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib.
Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb. Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. “Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır. Ümumi çəkisi 12 ton olan “Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var. Zəncirlərin arxa hissəsində olan lövhə isə zirehlidir. “Bozena-5”in maksimum sürəti saatda 9 km-dir. Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir.
Hərbi ekspert Azad İsazadə bildirib ki, ermənilər işğal altında olan ərazilərimizin böyük hissəsini minalayıblar:
“Ağla gəlməyən yerlərə belə minalar, tələ-sürprizlər qoyulub. Yolların kənarları, cığırlar, ehtimal olunan keçid yerləri, evlərin xarabalıqları və ən çox da qəbiristanlıqlarımızı nümunə deyə bilərik. Ərazidə hərəkət marşrutlarından yoxlanıldıqdan sonra istifadəyə verilən cığırlardan çıxdınsa belə minaya düşmək mümkündür.
ANAMA tərəfindən Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınlardan istifadə olunur. Bu maşınlardan minalar təmizlənərkən təhlükəsizlik məqsədilə istifadə edilir. Təbii ki, hər bir mina təmizlənərkən orada ən vacibi olan insan faktorudur. Minanın partlaması insan itkisi deməkdir.
Ərazilərdə tapılan minalar köhnə də, yeni də ola bilər. Ona görə də mütləq mühafizə geyimindən istifadə edilir. Amma bu mexaniki minatəmizləyən maşınlar vasitəsilə təhlükəni tam sıfıra endirmək mümkün ola bilər.
Sözsüz ki, elə minatəmizləyən maşınlar var ki, onlar mina sahələrini sadəcə olaraq şumlayır. Amma əlbəttə ki, bu maşınlar vasitəsilə minalar daha tez təmizləniləcək. Ancaq elə sahələr var ki, maşınların ora keçməsi qeyri-mümkündür. Məsələn, ya yollar dardır, ya çökəkdir və sair.
Bir məsələni xüsusi olaraq qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizdə minaları 10-15 ilə tam təmizləmək mümkün olsa da, nəzərə almaq lazımdır ki, insanlar hardasa minalarla yenidən rastlaşacaqlar.
Hətta İkinci Dünya müharibəsindən indiyədək minalar partlamaqdadır. Yəni üstündən illər keçsə də, minalar hələ də tapılır. Torpağın bəzən dərinliklərində partlamamış mərmilər olur.
Onlar torpaqda yavaş-yavaş çürüməyə doğru gedir. Yaxud da yağış yağdıqca torpağın dərinliklərində olan minalar daha da üzə çıxa bilər. Bu baxımdan doğma torpaqlara dönməyə vətəndaşlarımız tələsməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət