Xadimə işləyirdi: Melisa Mətinin xəyalı gerçəkləşib
13:43 18.09.2023
Cəmiyyət
606
Türkiyənin Malatya bölgəsində İnönü Universitetinin Tibb fakültəsində xadimə işləyən Melisa Mətinin xəyalı gerçəkləşib. Melisa uşaq yaşlarından həkim olmaq arzusuyla yaşayıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, İnönü Universiteti Tibb fakültəsinin Turqut Özal Tibb Mərkəzində təmizlikçi kimi işləməyə başlayıb. Eyni zamanda ali məktəblərə qəbul imtahalarına da hazırlaşıb.
Qəbul imtahanlarında topladığı bal ona çalışdığı Tibb Mərkəzinin aid olduğu ali məktəbdə təhsil almaq imkanı verib. Bununla gənc qızın uşaqlıq xəyalı gerçəkləşib. O, sevdiyi peşənin sirlərinə yiyələnir, həmçinin, yenə də əvvəlki iş yerində çalışır, aldığı əmək haqqı ilə təhsil xərclərini qarşılaya bilir. Melisa təhsilini başa vurduqdan sonra da bu Tibb Mərkəzində həkim olaraq çalışmağı düşünür. “İmtahanlara hazırlaşanda ailəm, böyük qardaşım mənə çox dəstək oldular, köməklərini əsirgəmədilər, məni ruhlandırdılar. Çalışdığım Tibb Mərkəzinin endokrin şöbəsinin həkimləri də mənə dəstək oldular, mənə güvəndiklərini söylədilər. Bu məni, yolumdan dönməyə qoymadı, arzuma çatmaq üçün irəlilədim” söyləyən Melisa Mətin deyib ki, xəstəxanada çalışdığı zaman dəhlizlərdə addımlayan hıkimlıri gördükcə, o da həkimlik xəyalının nə vaxtsa gerçəkləşəcəyini düşünüb. “Allah izin verirsə, mən də bir neçə ildən sonra həkim olacağam. Və burada - təmizlikçi işlədiyim xəstəxanada həkim olaraq çalışacağam artıq”. T.Özal Tibb Mərkəzinin həkimləri də Melisanın çox yaxşı, bacarıqlı həkim olacağına inanırlar . Tibb Mərkəzində Endokrinologiya və Metabolizma ixtisası üzrə həkim, doktor İbrahim Şahin Melisanın çox çalışqan olmasından danışıb: “Burada təmizlikçi olaraq çalışa-çalışa imtahanlara da hazırlaşdı və tibb ixtisası üzrə təhsil almağa nail oldu. Maddi durumları səbəbindən yenə də həm çalışacaq, həm də təhsilini davam etdirəcək. Melisanın bu uğuu və çalışqanlığı onun gələcəkdə çox yaxşı həkim olacağını göstərir. Biz ona inanırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi