Xaricdən quş ətlərinin ölkəyə daşınması və satışı dayandırılmalıdır
Yusif Nəzərli
00:14 09.06.2022
Cəmiyyət
705
Təzə quş əti satmaq istəyənlər quşu yerində kəsib, təmizləyib sonra bazarlara və ticarət nöqtələrinə çatdıra bilərlər
"Bu addım bizi və istehsalçıları həm xəstəliklərdən, həm də idxal asılılığından qoruyar. Bir halda ki, ölkəmizdəki broyler fabrikləri Azərbaycanı tamamilə quş əti ilə təmin etməyi bacarır"
Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatında, Şotlandiyanın Şetland adalarında və Qvineya Respublikasının Kindia əyalətində yüksək patogen quş qripi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə ABŞ, Şotlandiya və Qvineyanın bəzi bölgələrindən quşçuluq məhsullarının idxalı müvəqqəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, quş yemləri və quş üçün yem əlavələrinin Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarından, Şotlandiyadan və Qvineya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sözügedən məhdudiyyətləri son dərəcə vacib hesab edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun “Şərq”ə açıqlamasına görə, aidiyyəti qurumla yanaşı quş ətlərinin ölkəyə idxalını həyata keçirən sahibkarlar da bu məsələdə son dərəcə ehtiyatlı olmalıdırlar:
“Quş əti tez çirklənən məhsul olduğu üçün onunla bağlı beynəlxalq təşkilatların yaydığı məlumatları daim diqqətdə saxlamaqda fayda var. Əhalinin insan orqanizmi, xüsusilə uşaqların inkişafı üçün vacib, qiymətcə daha sərfəli olan quş əti və yumurta ilə müntəzəm təmini üçün diri quşların ölkə ərazisində daşınması və satışı dayandırılmalıdır. Təzə quş əti satmaq istəyənlər quşu yerində kəsib, təmizləyib sonra bazarlara və ticarət nöqtələrinə çatdıra bilərlər. Bu addım bizi və istehsalçıları həm xəstəliklərdən, həm də idxal asılılığından qoruyar. Bir halda ki, ölkəmizdəki broyler fabrikləri Azərbaycanı tamamilə quş əti ilə təmin etməyi bacarır. Buna görə də yerli bazar və istehsalçıların qorunması üçün ölkəmizə idxal olunan quş əti məhsullarına böyük rüsumlar tətbiq etməyi təklif edirəm”.
AİB sədrinin sözlərinə görə, Azərbaycanda elə şirkətlər var ki, təzə toyuq ətini adi salafan torbalara bükərək satışa çıxarır:
“İnsanlar belə məhsullara üstünlük verməlidirlər. Baxmayaraq ki, onların etiketi yoxdur. Lakin bu məhsullar təzə olmaqla yanaşı bir o qədər də xeyirlidir.
Hökumət elə bir siyasət həyata keçirməlidir ki, yerli broyler fabrikləri bu kimi məhdudiyyətlərdən istifadə edib özlərinin fəaliyyət sahələrini genişləndirsin və inkişaf edə bilsinlər.
Bunun üçün də vacib olan addım vergi güzəştlərinin tətbiq edilməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm