Xarici mütəxəssislərə güzəştlər mütləqdir
Yusif Nəzərli
04:30 28.12.2022
Cəmiyyət
521
Yaxın perspektivdə Azərbaycanın İKT mühiti xeyli cəlbedici olacaq
Milli Məclisdə Azərbaycanın İKT sektoru ilə bağlı müzakirələr aparılıb və bu sahənin inkişafı üçün vacib təkliflər irəli sürülüb.
Təkliflər siyahısında gələn ildən ölkəmizdə İT sektorunda çalışan şirkətlər və mütəxəssislər, o cümlədən xarici vətəndaşların ciddi güzəştlər əldə edəcəyi ilə bağlı da müzakirələr var. Belə ki, xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə Miqrasiya Məcəlləsinə dəyişikliklər hazırlanıb.
Qanun layihəsinə əsasən, iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xarici İKT mütəxəssisləri üçün nəzərdə tutulan güzəştləri şərh edən Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz deyib ki, hökumət son illərdə ölkə daxilində İKT sektorda mövcud olan durğunluğu aradan qaldırmaq və sürətli inkişafa nail olmaq, həm də regionda baş verən relokasiyadan faydalanmaq istəyir.
Onun sözlərinə görə, bu güzəştlər yaxın perspektivdə İKT biznes mühitini xeyli inkişaf etdirəcək: “Düzdür, regionda relokasiyanın ilkin mərhələsi artıq başa çatıb və müharibə bölgələrindən miqrasiya edən İT mütəxəssislərin çoxusu qonşu ölkələrdə məskunlaşıblar. Bu bizim üçün təəssüfləndirici bir hal olsa da, gələn ildən İT sektorunda çalışmaq istəyən xaricilərdən iş icazəsinin tələb olunmaması təqdirəlayiq bir haldır. Düşünürəm ki, bu güzəştlərin tətbiqi Azərbaycanın İKT mühitini xeyli cəlbedici edəcək. Yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf edəcək. Güzəştlər yeni İT şirkətlərin formalaşmasını sürətləndirəcək. İKT sektorunda, xüsusilə də proqram təminatı sektorunda, İT kadr hazırlığı sahəsində ciddi inkişafı proqnozlaşdırmaq, bu sahədə eksportun artacağını gözləmək olar. Ümumiyyətlə isə bu güzəştlərlə yaxın bir neçə ilə Azərbaycanda ÜDM-də İKT-nin payı az da olsa yüksələcək. Hazırda isə bu sahədə ölkəmizdə vəziyyət qonşu ölkələrlə müqayisədə xeyli geridədir".
Ekspert hesab edir ki, hökumətin "İKT güzəştlər" paketi gecikmiş də olsa çox əhəmiyyətli addımdır, tez bir zamanda bu güzəştlərin tətbiqinə başlamaq, bu sahədə informasiyalı mühit formalaşdırmaq doğru olardı:
“Yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf edəcək. Güzəştlər yeni İT şirkətlərin formalaşmasını sürətləndirəcək. İKT sektorunda, xüsusilə də proqram təminatı sektorunda, İT kadr hazırlığı sahəsində ciddi inkişafı proqnozlaşdırmaq, bu sahədə eksportun artacağını gözləmək olar. Ümumiyyətlə isə bu güzəştlərlə yaxın bir neçə ilə Azərbaycanda ÜDM-də İKT-nin payı az da olsa yüksələcək. Yeri gəlmişkən, ciddi "İKT güzəştlər" paketinin hazırlanması və qəbul ediləcəyi ilə bağlı mesajlar uzun müddət müzakirə olunsa da, məhz indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) rəhbərliyi dövrünə təsadüf etməsi də diqqət cəlb edəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm