
Xırdalan-Bakı yolunun “tıxac dərdi” – Ekspert unikal çıxş yolu göstərdi
Yusif Nəzərli
14:15 06.12.2022
Cəmiyyət
1443
“Sol tərəfə Biləcəri istiqamətindən 9-cu mikrorayona, sağ tərəfdə isə Yasamal istiqamətinə ayrıca yol zolaqlarının çəkilməsi problemi bir dəfəlik həll edə bilər”
Dekabrın 6-da xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransı keçirilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev konfrans zamanı bildirib ki, Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər.Onun sözlərinə görə, paytaxtda xüsusi avtobus zolaqları əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:
“Eyni zamanda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”.

Yeni zolağın çəkilmə ehtimalına münasibət bildirən nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Sherg.az"a açıqlamasında deyib ki, Xırdalan-Bakı yol infrastrukturunun bir hissəsini yalnız avtobuslara ayırmaq problemimizi həll etməyəcək:
"Digər nəqliyyat vasitələri üçün problem daha da artacaq. Problemi həll etmək istəyiriksə, Bakı Beynəxalq Avtovağzal istiqamətindən tez başa gələn və rahat imkanlarla təmin olunan konstruksiyalı layihə hazırlanmalıdır.
Sol tərəfə Biləcəri istiqamətindən 9-cu mikrorayona, sağ tərəfdə isə Yasamal istiqamətinə ayrıca yol zolaqlarının çəkilməsi problemi bir dəfəlik həll edə bilər.
Lakin indiki halda mövcud zolaqların birini də abtobuslara ayırıb, digər nəqliyyat növlərinin girişini qadağan etsək, onlar üçün yol daralacaq. Tıxacların bir hissəsi də “Abşeron” Gənclər şəhərciyinə qədər dayana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm