Yasamalda sakinlərin istilik təchizatında problem yaranıb

Yasamal rayonunda, Şəfayet Mehdiyev küçəsinin bir hissəsinə istiliyin verilməsi dayandırılıb.

Yasamal rayon İstilik Sistemləri İstismar İdarəsindən Trend-ə verilən məlumata görə, buna səbəb magistral su kəmərində qəza baş verməsidir.

Bildirilib ki, qısa müddətdə istiliyin verilməsi bərpa olunacaq.