Yaşın nə fərqi var...
Yusif Nəzərli
06:46 13.12.2022
Cəmiyyət
346
23 yaşlı qızın 50 yaşında kişiyə ərə getməsi hay-küy yaratdı
Mehriban Zeynalova: "Bizim kiminsə şəxsi işinə, taleyinə qarışmaq hüququmuz yoxdur"
Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər yayılıb. Bu barədə "Bakupost.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, məlumat araşdırılıb: “Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis şöbəsində araşdırmalar davam etdirilir” - Eşqin Qasımov deyib. Daha sonra araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması aydınlaşıb. Gənc qızla ailə quran 50 yaşlı şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir. O, bu kənddə qeydiyyatda olsa da, başqa ünvanda daimi yaşayır. O da məlum olub ki, yeni evlənən kişi daha əvvəl bir neçə dəfə ailəli olub. Qeyd edək ki, məlum hadisə barədə sosial şəbəkələrdə müxtəlif fikirlər yazılıb. Videoda görünən evin təmirsiz halı bu evlilikdə iqtisadi amilin rol oynadığı təəssüratı yaradıb. Fikir bildirənlər “evin halından məlumdu ki, bu evlilik pula görədir. Yeznə evi təmir etdirəcək. Qızı da maddi cəhətdən təmin edəcək” kimi ifadələrə yer veriblər.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında baş vermiş hadisənin problem kimi qabardılmasının əleyhinə olduğunu dedi:
- Bu hadisəni müzakirə predmeti etmək, problemə çevirmək lazım deyil. Əgər qızın yaşı 17-dən az olsaydı, hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi lazım gələcəkdi. Amma qızın 23 yaşının olduğu bildirilir. Deməli, bu şəxs yetkinlik yaşındadır, şüurlu adamdır və özü qərar qəbul etmək iqtidarındadır. Kənar təsirlər varmı, hansı səbəbdən bu evliliyi qəbul edib, bu artıq başqa mövzudur. Və hesab edirəm ki, kiminsə ixtiyarı yoxdur, bir başqasının şəxsi işinə qarışsın. Əgər şikayət olsaydı, hansısa formada məlumat çatıdırılsaydı ki, qızı bu evliliyə təhrik edənlər var, öz iradəsi xaricində evləndirirlər, ya da qız özü narazılığını ifadə etmiş olsaydı, hüquq-mühafizə orqanları da, vətəndaş cəmiyyəti institutları da fəaliyyətə keçərdi. Lakin indiki halda heç bir narazılıq yoxdur və bizim kiminsə şəxsi işinə, taleyinə qarışmaq hüququmuz yoxdur.
M.Zeynalova qeyd etdi ki, məlum evlilik hadisəsində müxtəlif amillər, səbəblər ola bilər: - Bəlkə ailənin iqtisadi durumu ağırdır, qızlarını evləndirməklə iqtisadi problemləri həll etmək istəyirlər. Ortada borc asılılığı da ola bilər. Bəlkə xanım da əvvəlcə evli olub, evliliyi pozulub, indi yenidən ailə qurur. Hər bir bölgənin xüsusiyyətlərini, ailədə mövcud olan qaydaları da nəzərə almalıyıq. Bunlar hamısı ehtimallardır. Belə də ki, tarixdə aralarında böyük yaş fərqi olduğu halda ailə quran cütlüklər az olmayıb. Niyə bizə bu evlilik qəribə görünməlidir?! Bəlkə o kişi xanımı inandıra bilib, özünə etibar qazanıb? Yenə deyirəm, əgər yetkinlik yaşında çatmamış qız olsaydı, müdaxilə haqqımız olardı. İndiki halda isə başqasının şəxsi işinə qarışmaq nə etik cəhətdən düzgündür, nə də hüquqi baxımdan.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual