Yeni binalarda çıxarış məsələsi niyə həllini tapmır?
Yusif Nəzərli
10:30 04.01.2022
Cəmiyyət
933
Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı (kupça) var.
Yeni binalarda “kupça” problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir. Vətəndaşlar üçün sənədləşmə prosesi xeyli asanlaşdırılsa da, hələ də rəqəmlər göstərir ki, dövlət qeydiyyatına alınmayan kifayət qədər ev qalmaqdadır.
Mövzu ilə bağlı Trend-ə danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, “kupça”ların verilməməsində, yaxud da gecikdirilməsində əsas məsuliyyət mənzil-tikinti kooperativlərinin (MTK) üzərinə düşür.
“Bəzi MTK-ların sənədləri qaydasında olmur. Məsələn, şirkət 16 mərtəbəli binanın tikintisi üçün sərəncam alır, lakin tikdiyi bina 18 mərtəbə olur və yaxud yanğın təhlükəsizliyi ilə bağlı sənədi olmur. Tikintiyə icazə alınıb, ancaq inşaat sənədi yoxdur”, - deyə o bildirib.
E.Azadov yaşayış binasının tikintisi üçün xeyli sənəd tələb olunduğunu da deyib.
“Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir. Ev almaq istəyən vətəndaş çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsə, MTK-nın sənədləri ilə maraqlansın”, - deyə ekspert bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi