Yeni Qızılca kəndində su problemi yaşanır - VİDEO
10:22 27.12.2021
Cəmiyyət
814
Göygölün Yeni Qızılca kəndinin böyük bir hissəsi su problemindən əziyyət çəkir. Kəndin içindən keçən magistral yolun bir hissəsində 7 subartezian quyusu olsa da digər hissədə heç bir su təminatı yoxdur. Kənd sakinləri əlacsızlıqdan ümidlərini yağış yağmasına bağlayıb ki, təbiətin suyundan istifadə etsinlər.
Sherg.az Xəzər TV-yə istinadən xəbər verir ki, kəndin yarısında su var, yarısında isə yoxdur. Suyun olmaması həm məişət, həm də təsərrüfat üçün çətinlik yaradır.
Sakinlər su olmadığı üçün yağış suyunu evlərin damından çənlərə doldurub istifadə edirlər. Kənddə su problemi o qədər acınacaqlıdır ki, hətta su satan maşının sürücüsü belə vəziyyətdən narazıdır.
Yeni Qızılca kənd icra nümayəndəsi isə deyir ki, məsələ ilə bağlı 250 nəfərdən artıq sakinin adından dəfələrlə "Azərsu" ASC-yə müraciət edilib.
"Azərsu" ASC- nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirib ki, həmin ərazi onların xidmət sahəsində deyil. Orada infrastruktur olmadığına görə xidmət də mövcud deyil.
Qeyd edək ki, kəndin sözügedən hissəsində subartezian quyularının qazılması üçün münbit su ehtiyatı olmadığından yeganə ümid magistral su xəttindən kəndin su ilə təmin edilməsinə qalır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət